Şirkətimiz şəxsi avtomobili olan məsuliyyətli və təcrübəli sürücü axtarır.
İş şəraiti
İş yeri: Binə qəsəbəsi, Bakı
Əmək haqqı: 1 000 AZN
İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00
Yanacaq: Şirkət tərəfindən təmin edilir
Şərt: Namizədin şəxsi avtomobili olmalıdır.
Namizədə tələblər:
B kateqoriyalı sürücülük vəsiqəsi;
Minimum 3 il sürücülük təcrübəsi;
Bakı şəhəri və ətraf əraziləri yaxşı tanımaq;
Şəxsi avtomobilinin texniki cəhətdən saz vəziyyətdə olması;
Yol hərəkəti qaydalarına ciddi riayət etmək;
Məsuliyyətli, intizamlı və punktual olmaq;
Səliqəli görünüş və nəzakətli ünsiyyət;
Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Əsas vəzifələr:
İşçilərin və/və ya rəhbərliyin müəyyən edilmiş marşrutlar üzrə təhlükəsiz daşınmasını təmin etmək;
Təyin olunmuş ünvanlara vaxtında çatdırılmanı təmin etmək;
Avtomobilin təhlükəsiz və düzgün idarə olunması;
Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları icra etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 16.10.2026