Süspenziyanı itlərə və balalara 3 həftəlik yaşdan müalicəvi və profilaktik məqsədlərlə bağırsaq formasında nematodozlar (toksokaroz, toksaskaridoz, unsinarioz, ankilostomoz, trixosefalez), sestodozlar (teniyidozlar, dipilidioz, exinokokkoz, difillobotrioz, mezosestoidoz) və assosiativ nematodo-sestodoz invaziyaları zamanı təyin edirlər. Preparatı peroral fərdi olaraq, səhər yemək vaxtı az miqdarda yem ilə və ya məcburi şəkildə şpris-dozator vasitəsilə dilin kök hissəsinə 2 kq heyvan kütləsinə 1 ml dozada tətbiq edirlər.