Əsas vəzifələr:
Şirkətin təchizat və satınalma strategiyasının hazırlanması və idarə edilməsi
Yerli və xarici təchizatçılarla danışıqların aparılması
Etibarlı təchizatçı bazasının formalaşdırılması və inkişaf etdirilməsi
Tender, satınalma və müqavilə proseslərinə rəhbərlik
Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması
Təchizat xərclərinin və büdcənin effektiv idarə olunması
Təchizat zəncirində risklərin müəyyən edilməsi və idarə olunması
Təchizat komandasının idarə edilməsi və fəaliyyətinin koordinasiyası
Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi
Namizədə tələblər:
Ali təhsil
Təchizat/satınalma sahəsində minimum 10 il iş təcrübəsi
Rəhbər (təchizat sahəsi) vəzifədə minimum 5 il təcrübə
Güclü liderlik və idarəetmə bacarığı
Danışıqlar aparmaq və strateji qərarlar qəbul etmək bacarığı
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
İngilis və rus dillərini yaxşı bilmək üstünlükdür
MS Office, xüsusilə Excel üzrə yaxşı bilik
Nəticəyönümlülük, məsuliyyətlilik və analitik düşüncə
İş şəraiti:
5 günlük iş rejimi
Rəqabətə uyğun əmək haqqı
Peşəkar inkişaf və karyera imkanları
Bakı şəhəri, Nərməanov
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 15.10.2026