Fırlanan sıxma mexanizmli mop (pas-pas) və vedrə dəsti ev və ofis təmizliyini minimum fiziki güclə daha sürətli etmək üçün nəzərdə tutulub. Vedrə iki əsas hissədən ibarətdir. Bir tərəf mop başlığını suya batırmaq və yumaq üçün, digər tərəf isə suyu sıxmaq üçün nəzərdə tutulub. Sıxma hissəsində mərkəzdənqaçma qüvvəsi ilə işləyən polad baraban yerləşir. Vedrənin kənarında narıncı rəngli daşıma tutacağı və alt hissəsində rahat hərəkət üçün təkərlər mövcuddur. Mopun ucluğu hər tərəfə rahatlıqla dönür. Bu, çarpayı altları, künclər və plintus kənarları kimi çətin yerləri asanlıqla silməyə imkan verir. Dəstə daxil olan 2 ədəd yumşaq başlıqlar yüksək su udma qabiliyyətinə malikdir. Dəstəyi vedrənin sıxma səbətinə yerləşdirib aşağı-yuxarı hərəkət etdirdikdə, mop yüksək sürətlə fırlanır və artıq suyu tamamilə kənara atır.