009 model uşaq üçtəkərli velosipedi həm gəzinti arabası, həm də müstəqil velosiped kimi istifadə olunduğu üçün valideynlərin ən çox üstünlük verdiyi modellərdəndir. Tamamilə möhkəm metal materialdan hazırlanıb və uzunmüddətli istifadəyə davamlıdır. Yumşaq oturacaq örtüyü və uşağın velosipeddən yıxılmasının qarşısını alan qoruyucu təhlükəsizlik kəməri mövcuddur. Uşağı birbaşa günəş şüalarından və küləkdən qorumaq üçün qatlanan və tənzimlənən geniş parçadan günlüyü var. Uşaq hələ pedalları sərbəst fırlada bilmədiyi dövrdə ayaqlarını rahat qoya bilsin deyə qatlanan xüsusi ayaq dayağı mövcuddur. Arxa hissədə yerləşən hündürlüyü tənzimlənən valideyn idarəetmə dəstəyi vasitəsilə velosipedin hərəkət istiqamətini valideynin idarə etməsi mümkündür.