İş haqqında məlumat:
İş yeri:DEVNİX MMC (Azin Technology)İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov (Baş ofis ünvanıdır ərazi müxtəlif olur)Yaş həddi: 20 – 40 yaşƏmək haqqı: Namizədin təcrübəsinə əsasənVəzifə öhdəlikləri:Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemləri üzrə daxil olan layihələrin ilkin texniki baxışının aparılması;Layihə, çertyoj və texniki tapşırıqların oxunması və texniki tələblərin müəyyənləşdirilməsi;Obyektlərə ilkin baxış keçirilməsi və uyğun yanğın sistemlərinin texniki həllinin hazırlanması;Ünvanlı və konvensional yanğın siqnalizasiya sistemləri üzrə layihələndirmə və avadanlıq seçiminin aparılması;FM-200, sulu və digər avtomatik yanğınsöndürmə sistemləri üzrə texniki işlərin həyata keçirilməsi;Layihə üzrə avadanlıq və material siyahısının hazırlanması;Yanğın sistemlərinin quraşdırılması, sazlanması və test proseslərinə texniki nəzarət;Mövcud sistemlərdə texniki nasazlıqların müəyyənləşdirilməsi və servis işlərinin həyata keçirilməsi;Layihələrin icrası zamanı yaranan texniki məsələlərin həll edilməsi.
Tələblər:
Yanğın sistemləri üzrə ən azı 3 il praktiki iş təcrübəsi;Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemləri üzrə yaxşı texniki bilik;Ünvanlı və konvensional sistemlərlə işləmə təcrübəsi;FM-200 və sulu yanğınsöndürmə sistemləri üzrə bilik;Yanğın layihələrini, çertyojları və texniki spesifikasiyaları oxuma bacarığı;Avadanlıq və material seçimi üzrə praktiki təcrübə;Montaj, sazlama və servis işləri üzrə təcrübə;AutoCAD biliyi arzuolunandır;Obyektlərə baxış və sahə işlərində iştirak edə bilmək.📨 Müraciət qaydası:CV-lərinizi “Mövzu” hissəsində” Yanğın üzrə Texniki Mütəxəssis” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur:📧 [email protected] 📅 Son müraciət tarixi: 15.10.2026
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 22/10/2026