“ATA PACK” MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
İstehsaldan çıxan çap məhsullarının rəng uyğunluğunun, çap keyfiyyətinin, mətn və barkodların düzgünlüyünün yoxlanılması.
Məhsulların müştəri sifarişi və təsdiq edilmiş nümunəyə uyğunluğunun yoxlanılması.
Xammalın keyfiyyətinə nəzarət.
Aşkar edilmiş qüsur və uyğunsuzluqların qeydiyyata alınması və aidiyyəti struktur bölmələrə vaxtında məlumat verilməsi.
Keyfiyyət problemlərinin araşdırılması və səbəblərinin təhlili.
İstehsal prosesinin müxtəlif mərhələlərində operativ keyfiyyət nəzarətinin həyata keçirilməsi və məhsulun müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi.
Məhsulun ölçü, çəki və digər texniki göstəricilərinin yoxlanılması.
ISO 9001:2015, İSO 9001:22000 standartlarının tələblərinə uyğun işləmək.
Rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi (istehsal və ya çap sahəsi olması mütləqdir);
MS Excel və Word proqramlarından istifadə.
Rus dili biliyi B1 səviyyədə ( mükəmməl səviyyədə yazı və oxu bacarıqları)
Diqqətlilik, məsuliyyət və tələbkarlıq.
Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı;
Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı.
Növbəli iş rejimində işləyə bilmək.
İş şəraiti:
Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək;
Rəsmi əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin edilir;
İş qrafiki: Növbəli
Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 21.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/ata-pack-mmc-keyfiyyete-nezaret-uzre-mutexessis-151778