İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov (Baş ofis ünvanıdır ərazi müxtəlif olur)
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən
Vəzifə öhdəlikləri:
Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemləri üzrə daxil olan layihələrin ilkin texniki baxışının aparılması;
Layihə, çertyoj və texniki tapşırıqların oxunması və texniki tələblərin müəyyənləşdirilməsi;
Obyektlərə ilkin baxış keçirilməsi və uyğun yanğın sistemlərinin texniki həllinin hazırlanması;
Ünvanlı və konvensional yanğın siqnalizasiya sistemləri üzrə layihələndirmə və avadanlıq seçiminin aparılması;
FM-200, sulu və digər avtomatik yanğınsöndürmə sistemləri üzrə texniki işlərin həyata keçirilməsi;
Layihə üzrə avadanlıq və material siyahısının hazırlanması;
Yanğın sistemlərinin quraşdırılması, sazlanması və test proseslərinə texniki nəzarət;
Mövcud sistemlərdə texniki nasazlıqların müəyyənləşdirilməsi və servis işlərinin həyata keçirilməsi;
Layihələrin icrası zamanı yaranan texniki məsələlərin həll edilməsi.
Tələblər
Yaş həddi: 20 – 40 yaş
Yanğın sistemləri üzrə ən azı 3 il praktiki iş təcrübəsi;
Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemləri üzrə yaxşı texniki bilik;
Ünvanlı və konvensional sistemlərlə işləmə təcrübəsi;
FM-200 və sulu yanğınsöndürmə sistemləri üzrə bilik;
Yanğın layihələrini, çertyojları və texniki spesifikasiyaları oxuma bacarığı;
Avadanlıq və material seçimi üzrə praktiki təcrübə;
Montaj, sazlama və servis işləri üzrə təcrübə;
AutoCAD biliyi arzuolunandır;
Obyektlərə baxış və sahə işlərində iştirak edə bilmək.
CV-lərinizi “Mövzu” hissəsində” Yanğın üzrə Texniki Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:
Son müraciət tarixi: 15.10.2026