“Azərbaycan Mikro-Kredit BOKT” ASC, Salyan filialı üzrə Aparıcı Kredit İşçisi vəzifəsinə işə qəbul elan edir.
Bölgə: Salyan
İş Qrafiki: I-VI günlər
Tələblər:
Ali və ya orta ixtisas təhsili;
Kredit Təşkilatlarında kreditlər üzrə 1 il iş təcrübəsi;
Mükəmməl ünsiyyət qabiliyyəti;
Analitik düşüncə tərzi;
Riyazi biliklər;
Problemli kreditlərin həlli istiqamətində iş təcrübəsi;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompüter bilikləri;
Lombard və istehlak krediti üzrə təcrübəsi olanlara üstünlük verilir.
İşin təsviri:
Potensial müştərilərinin cəlb edilməsi;
Potensial müştərilərin doğruluğu, məsuliyyəti, ödəmə qabiliyyəti, əldə olunmuş məlumatların öyrənilməsi, təhlil edilməsi və qiymətləndirilməsi;
Kredit verilməsi üçün sənədlərin hazırlanması, rəsmiləşdirilməsi;
Kredit portfelinə nəzarət və idarə edilməsi;
Ayrılmış kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Vakansiya ilə maraqlanan şəxslər CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı Kredit İşçisi (Salyan)” qeyd etməklə göndərə bilər.
Son müraciət tarixi: 10.10.2026
© Azərbaycan Mikro Kredit BOKT · jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.