Prayk

Baş Mühasib

1 500 ₼
Kontrol edildi1 hafta önce
Şehir
Bakı
Kategori
Maliyyə
Tarih
Numara
№2327107

Açıklama

İş yeri : Babək pr. 53A İş qrafiki / Bazar ertəsi - şənbə günləri (şənbə növbəli iş günü) Ali təhsil (yalnız maliyyə və mühasibatlıq sahəsi üzrə) Minimum 5 il iş təcrübəsi Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək. Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır; Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq. Vergi və mühasibat uçotunun aparılması; Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi; Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi; Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq; Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi; Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması; İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək; Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək; Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək; PMS üstünlükdür; Əmək haqqı: 1500 AZN

Benzer ilanlar