Vəzifə öhdəlikləri
Qurumun beynəlxalq kommunikasiya fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
Xarici tərəfdaşlar, beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər və digər qurumlarla kommunikasiya proseslərini koordinasiya etmək;
Beynəlxalq auditoriya üçün kommunikasiya materialları, press-relizlər, təqdimatlar, məlumat məktubları və digər sənədlər hazırlamaq;
Qurumun beynəlxalq platformalarda və tədbirlərdə kommunikasiya fəaliyyətinə dəstək göstərmək;
Xarici mediada və beynəlxalq informasiya resurslarında qurumla bağlı məlumatları monitorinq etmək;
Beynəlxalq gündəmi və kommunikasiya trendlərini izləmək və müvafiq məlumatları təhlil etmək;
Beynəlxalq tədbirlərin, görüşlərin, forumların və konfransların təşkilində iştirak etmək;
Xarici tərəfdaşlarla rəsmi yazışmaları və kommunikasiya proseslərini həyata keçirmək;
Qurumun beynəlxalq imicinin və institusional kommunikasiya strategiyasının inkişafına töhfə vermək;
Beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində kommunikasiya planlarının hazırlanmasında iştirak etmək;
Rəhbərlik üçün analitik və kommunikasiya xarakterli hesabatlar hazırlamaq.
Tələblər
Ali təhsil;
Beynəlxalq kommunikasiya, ictimai əlaqələr və ya əlaqəli sahədə iş təcrübəsi;
İngilis və rus dillərini yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Rəsmi və diplomatik yazışma qaydalarını bilmək;
Beynəlxalq gündəm və qlobal kommunikasiya prosesləri barədə məlumatlılıq;
Analitik düşüncə və güclü tədqiqat bacarıqları;
Peşəkar mətn və təqdimat hazırlamaq bacarığı;
Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
MS Office proqramlarında yaxşı işləmək bacarığı;
Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq.
İş şəraiti:
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Əmək müqaviləsi: Rəsmi
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əmək haqqı: 2500-2800 AZN (Namizədə görə arta bilər.)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 2500 AZN
Son müraciət tarixi: 23.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/head-start-career-development-beynelxalq-kommunikasiya-uzre-mutexessis-152021