Prayk

Elektrik və qaz qaynaqçısı

Anlaşmalı
Kontrol edildiDün
Tarih
Numara
№3492233

Açıklama

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik və qaz qaynaqçısı” vəzifəsinə vakansiya elan edir. İş yeri:  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir. İş şəraiti Tam sosial təminat (məzuniyyət və s.) 5 günlük iş həftəsi Nahar fasiləsi: 12:00-13:00 Nahar müəssisə tərəfindən təmin edilir. Vəzifə öhdəlikləri Transformator və elektrik avadanlıqlarının istehsalı zamanı tələb olunan elektrik qövs və qaz qaynaq işlərini yerinə yetirmək; Transformatorların və digər elektrik avadanlıqlarının metal konstruksiyalarının, çənlərinin, korpuslarının və müxtəlif metal hissələrinin qaynaq işlərini həyata keçirmək; Qaynaq ediləcək metal səthləri işə hazırlamaq, təmizləmək və qaynaq üçün uyğun vəziyyətə gətirmək; Texniki çertyoj, sxem və istehsalat tapşırıqlarına uyğun qaynaq işlərini icra etmək; Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini vizual olaraq yoxlamaq, aşkar edilmiş qüsurları aradan qaldırmaq; Metal hissələrin ölçülərinə və konstruktiv tələblərə uyğun qaynaq edilməsini təmin etmək; Qaynaq aparatları, qaz balonları, elektrodlar, kabellər və digər qaynaq avadanlıqlarından düzgün istifadə etmək; Qaynaq işləri zamanı avadanlıqların texniki sazlığını yoxlamaq və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək; İstehsalat prosesində istifadə olunan materiallara qənaətlə və təyinatına uyğun yanaşmaq; İş zamanı əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək; Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək; İş sahəsinin təmiz və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək; Rəhbər tərəfindən verilən istehsalat tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək. Tələblər: Elektrik və qaz qaynaqçısı ixtisası üzrə peşə təhsili və ya müvafiq sertifikatın olması; Qaynaqçı kimi minimum 2 il iş təcrübəsi; Elektrik qövs və qaz qaynağı üzrə praktiki bacarıqlar; Metal konstruksiyalar, metal çənlər, korpuslar və digər metal hissələrlə işləmə bacarığı; Texniki çertyoj və sxemləri oxumaq bacarığı; Qaynaq avadanlıqları və alətlərindən düzgün istifadə etmək bacarığı; Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və qüsurları müəyyənləşdirmək bacarığı; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları haqqında bilik; İstehsalat mühitində işləməyə uyğunlaşmaq və fiziki işlərə davamlı olmaq; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komandada işləmək bacarığı; Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; Namizədin şəxsi keyfiyyətləri: Məsuliyyətli və intizamlı olmaq; Diqqətli və dəqiq işləmək; İşə ciddi və peşəkar yanaşma; Texniki detallara qarşı diqqətli olmaq; Komandada işləmək bacarığı; Operativ və çevik qərar qəbul etmək; Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; Təhlükəsizlik qaydalarına riayət etmək; Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq; Stressli və intensiv iş şəraitində işləyə bilmək; İş prosesində səliqəli və nizamlı olmaq; Fiziki iş şəraitinə uyğunlaşa bilmək. Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik və qaynaqçısı” Mövzu bölməsində göstərin. Son müraciət tarixi: 30.10.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© ATEF Şirkətlər Qrupu jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

Benzer ilanlar