Prayk

Fraud İnspektor

Anlaşmalı
Kontrol edildi2 hafta önce
Şehir
Bakı
Tarih
Numara
№2108473

Açıklama

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Daxili nəzarət və risklərin idarə edilməsi şöbəsində “Fraud İspektor” vakansiyası elan edir Şirkətdə daxili və xarici dələduzluq (fraud) risklərinin vaxtında aşkarlanması, araşdırılması və qarşısının alınması; kredit, girov və filial əməliyyatları üzrə nəzarət mexanizmlərinin effektivliyinin təmin edilməsi və nəzarət boşluqlarının aradan qaldırılması. İş şəraiti İş günləri: I-V günlər; İş saatı: 09:00 dan-18:00 dək Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində "Fraud İnspektor" qeyd etməklə göndərmələri xahiş olunur. 1. Monitorinq və Analitika Kredit portfeli üzrə riskli əməliyyatların və şübhəli aktivliyin mütəmadi təhlili Risk indikatorları (gecikmələr, transferlər, girov uyğunsuzluğu və s.) əsasında monitorinq aparılması Filial və əməkdaş səviyyəsində risk tendensiyalarının müəyyən edilməsi Məlumatların analizi və nəticələrin rəhbərliyə təqdim olunması 2. Fraud Araşdırmaları Daxili (əməkdaş yönümlü) və xarici (müştəri yönümlü) dələduzluq halları üzrə araşdırmaların aparılması Kredit dosyelərinin prosedur uyğunluğu baxımından təhlili Şübhəli sənədləşmə və saxtalaşdırma risklərinin qiymətləndirilməsi Əməkdaş və müştərilərdən yazılı izahatların alınması Sübut bazasının formalaşdırılması və rəsmi araşdırma hesabatının hazırlanması 3. Filial Yoxlamaları və Fiziki Nəzarət Planlı və qəfil yoxlamaların aparılması Girovların (xüsusilə qızıl girovlarının) fiziki inventarizasiyası Girovun saxlanması, transferi və realizasiya proseslərinin uyğunluq yoxlanışı Prosedur və daxili qaydalara riayət olunmasının qiymətləndirilməsi 4. Nəzarət Mexanizmlərinin Təkmilləşdirilməsi Nəzarət boşluqlarının müəyyən edilməsi Preventiv və korrektiv tədbirlər üzrə təkliflərin hazırlanması Fraud risk xəritəsinin hazırlanması və yenilənməsi Daxili prosedurların təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi. Əmək haqqı – razılaşma yolu ilə Peşəkar inkişaf imkanı Müstəqil və məsuliyyətli iş mühiti.