
İstedadların idarə edilməsi üzrə aparıcı mütəxəssis

Anlaşmalı
İstedadların idarə edilməsi üzrə aparıcı mütəxəssis
Kontrol edildi2 gün önce
Açıklama
Xidməti fəaliyyətin idarə edilməsi prosesini (hədəflərin müəyyən edilməsi, monitorinqi, qiymətləndirilməsi, nəticələrin idarə olunması, əməkdaşların təlimatlandırılması) həyata keçirmək;Davamçı planlaşdırılması prosesini fəaliyyət planına uyğun olaraq icra etmək;Təlim və inkişaf mərkəzi ilə sıx əməkdaşlıq edərək davamçıların fərdi inkişaf proqramlarını hazırlamaq və icrasına nəzarət etmək;Karyera planlaşdırılması prosesini fəaliyyət planına uyğun olaraq həyata keçirmək;İşçilərin attestasiyası prosesini təşkil etmək, müvafiq təhlillər aparmaq və nəticələrin icrasını təmin etmək;İstedadların idarə edilməsi üzrə layihələrdə iştirak etmək və fəaliyyət planlarını koordinasiya etmək;Başqa işə keçirilmə əməliyyatlarını təhlil etmək və müvafiq qaydalara uyğun icra etmək;İstedadların idarə edilməsi istiqamətində təlimat və qaydaların hazırlanması prosesinə dəstək göstərmək;ADY-nin aparatının struktur bölmələrinə və strukturuna daxil olan qurumlarda fəaliyyət göstərən insan resursları xidmətlərinin işinə funksional dəstək olmaq;Müvafiq olaraq hesabat və təqdimatlar hazırlamaq.
Tələblər:
Ali təhsil;Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;Yaxşı səviyyədə ingilis dili biliyi; MS Office proqramlarında sərbəst istifadə bacarığı;Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müntəzəm region ezamiyyətlərində iştirak etmək imkanı;İnsan resurslarının idarə edilməsi sahəsində beynəlxalq sertifikatların olması üstünlükdür;Təşəbbüskarlıq, nəticəyönümlülük, effektiv kommunikasiya və təqdimat, analitik düşünmə və araşdırma bacarıqları.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-istedadlarin-idare-edilmesi-uzre-aparici-mutexessis-41771219/apply
Benzer ilanlar















