
Kiçik Maliyyə Nəzarətçisi
Kiçik Maliyyə Nəzarətçisi
Anlaşmalı
Kontrol edildi1 hafta önce
Tarih
Numara№2738064
Açıklama
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Bu vəzifənin rolu Maliyyə nəzarətçisinə satış və xərclərlə əlaqədar uçotun aparılmasında dəstək olmaqdır.
Öhdəlikləri:
Gündəlik əməliyyat və kassaya nəzarət:
Gündəlik satışdan daxil olan nəğd və qeyri-nəğd məbləğlərin Excel-də qeydiyyatını aparmaq və bank çıxarışları ilə mədaxilləri üzləşdirmək.
Kassa və POS əməliyyatlarının düzgünlüyünü yoxlamaq, nəğd və bank hesabı hərəkətlərini izləmək.
İnvoys və ödəniş qeydiyyatı:
Ödənişlərin planlaşdırılması üçün daxil olan bütün invoysların Excel-də qeydiyyatını aparmaq və ödəndikcə yeniləmək.
Hər bir mal invoysuna uyğun gömrük və nəqliyyat xərclərinin düzgün şəkildə uçotunu aparmaq.
Bank əməliyyatlarının uçotu və PL qeydiyyatı:
Bank vasitəsilə həyata keçirilən bütün ödənişlərin PL (Profit & Loss) excel faylında qeydiyyatını aparmaq.
Maliyyə sənədlərinin ilkin yoxlanması və sistemə düzgün daxil edilməsinə nəzarət.
Hesabatların hazırlanmasına dəstək və əmək haqqı qeydiyyatı:
Günlük və aylıq hesabatların hazırlanmasında iştirak etmək.
Ödənilmiş əmək haqlarına dair məlumatların Excel-də düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək.
İnventar və ezamiyyə nəzarəti:
Anbar və mağaza qalıqlarını sistemdəki məlumatlarla uyğunluq baxımından izləmək.
Ezamiyyə xərclərinin daxili qaydalara uyğun xərclənməsinə nəzarət və sənədləşmənin yoxlanmasında iştirak.
Maliyyə nəzarətçisinə dəstək və sistemlə iş:
Maliyyə nəzarətçisinin tapşırıqlarının icrasında və digər gündəlik işlərdə köməklik göstərmək.
ERP və satış sistemlərində məlumatların dəqiqliyinin təmin olunmasında iştirak etmək.
Tələblər
Professional biliklər:
Maliyyə uçotu və mühasibatlıq üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də maliyyə/mühasibatlıq uçotu, invoys və ödəniş qeydiyyatı, kassa/bank əməliyyatları, P&L faylı, maliyyə sənədləri və/və ya hesabatların hazırlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
1C, ERP və ya digər uçot/maliyyə sistemləri ilə işləmək üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də 1C, ERP, accounting/bookkeeping system, POS/satış sistemi, invoice/payment tracker, maliyyə məlumat bazası və/və ya Excel-based uçot registerləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
MS Office
Rus dili – orta və ya daha yüksək səviyyə, İngilis dili arzuolunandır
Təhsil:
Ali təhsil (İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, mühasibatlıq, və ya əlaqəli sahə üzrə təhsil)
İş təcrübəsi:
Maliyyə, mühasibatlıq, kassa/bank əməliyyatları, e-qaimə/ödəniş qeydiyyatı, bank/POS üzləşdirmələri, və/və ya maliyyə hesabatları üzrə iş təcrübəsi üstünlükdür.
Professional bacarıq və kompetensiyalar:
Analitik düşüncə
Riyazi düşüncə
Detallara diqqət
Punktuallıq
Məsuliyyət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 21.10.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Sinteks Group of Companies jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
Benzer ilanlar














