Bakının ən prestijli və mərkəzi ərazilərindən biri olan Səbail rayonunda, Sahil metro stansiyasına cəmi 3-5 dəqiqəlik piyada məsafədə, Rabitə Nazirliyinin tam qarşısında yerləşən, geniş və komfortlu 4 otaqlı mənzil uzunmüddətli kirayəyə təklif olunur. Mənzil 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir və 170 kv.m geniş yaşayış sahəsinə malikdir. Yüksək keyfiyyətlə tam təmir olunmuş, zövqlə dizayn edilmiş mənzil geniş ailələrin, xarici vətəndaşların, diplomatik nümayəndələrin və komfortlu yaşayışa üstünlük verən şəxslərin tələblərinə tam cavab verir. Mənzil tam əşyalıdır və yaşayış üçün zəruri olan bütün mebel və məişət texnikası ilə təchiz edilib. Geniş və işıqlı qonaq otağı, rahat yataq otaqları, funksional mətbəx və geniş sanitar qovşaqları gündəlik yaşayışı maksimum rahat edir. Köçən şəxs əlavə xərc çəkmədən dərhal mənzildə yaşaya bilər. Sahil metro stansiyasına piyada bir neçə dəqiqəlik məsafə; Rabitə Nazirliyinin qarşısında, şəhərin tam mərkəzində yerləşir; Dənizkənarı Bulvar, Fəvvarələr Meydanı, Tarqovu və İçərişəhərə qısa məsafədə; Ətrafda supermarketlər, restoranlar, kafelər, banklar, apteklər, məktəblər, uşaq bağçaları və digər bütün zəruri infrastruktur mövcuddur; İctimai nəqliyyat və əsas yol qovşaqlarına rahat çıxış imkanı.
© ofis.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.