Prayk
Makroplanogram üzrə mütəxəssis — Vakansiyalar
Anlaşmalı

Makroplanogram üzrə mütəxəssis

Kontrol edildiBugün
Kategori
Vakansiyalar
Tarih
Numara
№3484946

Açıklama

Rahat Supermarketlər şəbəkəsi Planogram şöbəsi üçün Makroplanogram üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri Mövcud mağazalarda ölçülərin götürülməsi və əldə edilmiş ölçülər əsasında mağaza yerləşim planlarının hazırlanması; Mağaza planlarının və makroplanogramların hazırlanması; Layihə təqdim edildikdə planın düzgün oxunması və məhsul, avadanlıq və digər elementlərin plana uyğun şəkildə yerləşdirilməsi; Mağazaların mövcud vəziyyətinin ölçülməsi və plan üzərində düzgün əks etdirilməsi; Mağaza planlarının hazırlanması və makroplanogramların qurulması istiqamətində verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi; Hazırlanmış planların təhlili və zəruri düzəlişlərin aparılması; Obyektlərə səfərlərdə iştirak edilməsi və mağaza ölçülərinin yerində götürülməsi. Namizədə tələblər Dinamik, həvəsli və işinə məsuliyyətlə yanaşan olmaq; AutoCAD proqramında işləmək bacarığı; MS Office proqramlarını yaxşı səviyyədə bilmək; Texniki çertyoj və layihələri oxumaq və düzgün şərh etmək bacarığı; Məkan və ölçü anlayışının güclü olması; Detallara diqqətli, məsuliyyətli və operativ olmaq; Mağaza planlarının hazırlanması və makroplanogramların qurulması istiqamətində inkişaf etməyə həvəsli olmaq; İşin xüsusiyyətindən irəli gələrək mağazalara və digər obyektlərə səfər edə bilmək. Əlavə üstünlük: Şəxsi avtomobilinin olması. Qeyd: Vəzifənin iş xüsusiyyətləri və obyektlərə mütəmadi səfərlərin tələb olunması nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir. Namizədin verilən tapşırıqları uğurla yerinə yetirməsi və özünü doğrultması halında Planogram şöbəsində uzunmüddətli əməkdaşlıq imkanı təqdim olunur. İş qrafiki: 5 günlük iş həftəsi Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 30.10.2026 Müraciət: https://jobsearch.az/vacancies/rahat-supermarketler-sebekesi-makroplanogram-uzre-mutexessis-152558

Benzer ilanlar