Prayk
Maliyyə Meneceri — Maliyyə
Anlaşmalı

Maliyyə Meneceri

Kontrol edildi2 hafta önce
Kategori
Maliyyə
Tarih
Görüntülenme
1
Numara
№1971880

Açıklama

AzTelco Group-un tabeliyində fəaliyyət göstərən qurumlardan birində vakansiya açıqdır. Vəzifə Öhdəlikləri: Müəssisənin illik və aylıq büdcələrinin hazırlanması və icrasına nəzarət etmək; Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək; Gəlir və xərclərin təhlilini aparmaq, kənarlaşmalar üzrə rəhbərliyə məlumat vermək; Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək və proqnozlar hazırlamaq; Xərclərin optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq; Audit və yoxlamalar zamanı tələb olunan maliyyə məlumatlarını təqdim etmək; Vergi və digər dövlət ödənişləri üzrə mühasibatlıqla koordinasiyalı işləmək; Maliyyə risklərini müəyyən etmək və onların azaldılması üçün tədbirlər təklif etmək; Güclü analitik düşüncə, maliyyə məlumatlarını təhlil etmək və əsaslandırılmış qərarlar qəbul etmək bacarığı; Komanda idarəetməsi və müxtəlif struktur bölmələri ilə effektiv əməkdaşlıq bacarığı; Yüksək məsuliyyətlilik, diqqətlilik və məxfi maliyyə məlumatları ilə işləmə bacarığı; Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək. Tələb Olunan Bilik və Bacarıqlar: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə); Maliyyə menecmenti, maliyyə planlaşdırılması, idarəetmə, mühasibatlıq və ya audit sahəsində minimum 3–5 il iş təcrübəsi; Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə bilməsi; MS Office proqramları, xüsusilə Excel (Pivot Table, maliyyə formulları, məlumatların təhlili və hesabatların hazırlanması) üzrə yüksək səviyyədə istifadə bacarığı; 1C, SAP, Oracle və digər ERP sistemləri ilə işləmək bacarığı; ACCA, CFA və ya CIMA kimi beynəlxalq maliyyə/mühasibatlıq üzrə peşəkar sertifikatların olması üstünlükdür. Təklif Edilir: Tibbi Sığorta; Korporativ nömrə; Nahar təminatı; Dinamik mühitdə işləmək və inkişaf şansı; Rahat və müasir ofis. Ünvan: Bakı, Rəşid Behbudov küç. 59, AF City Biznes Mərkəzi. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 11.10.2026 Müraciət: https://jobsearch.az/vacancies/aztelco-group-mmc-maliyye-meneceri-150963