Prayk

Maliyyə monitorinqi üzrə Aparıcı auditor

Anlaşmalı
Kontrol edildi1 hafta önce
Kategori
Maliyyə
Tarih
Numara
№2519321

Açıklama

Əsas vəzifə öhdəlikləri: Maliyyə və əməliyyat prosesləri üzrə daxili audit yoxlamalarının həyata keçirilməsi; Maliyyə əməliyyatlarının şirkətin siyasət, prosedur və daxili nəzarət tələblərinə uyğunluğunun qiymətləndirilməsi; Maliyyə məlumatlarının, hesabatların və əməliyyat göstəricilərinin düzgünlüyünün və tamlığının yoxlanılması; Hesabların, maliyyə məlumatlarının və müvafiq hesabatların qarşılaşdırılması və uyğunsuzluqların müəyyən edilməsi; Maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması; Maliyyə səhvləri, sui-istifadə, saxtakarlıq və digər maliyyə risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi; ERP sistemlərində maliyyə məlumatlarının düzgünlüyünün və məlumat axınının bütövlüyünün yoxlanılması; Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının yoxlanılması və təhlili; Aşkar edilmiş nöqsan və uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin müəyyən edilməsi və icrasının izlənilməsi; Maliyyə və daxili nəzarət üzrə audit nəticələri, risklər və aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Maliyyə nəzarəti və risklərin idarə edilməsi sistemlərinin inkişafı üzrə təkliflərin hazırlanması. Tələb olunan bilik və bacarıqlar: ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür; Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür; Audit və Maliyyə Nəzarəti prosedurlarının həyata keçirilməsi üçün pərakəndə sektoru üzrə ümumi biliklərin və müvafiq sahədə biznes prosesləri üzrə anlayışın olması; Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları. Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı; Problem həlletmə bacarığı; Səlist və aydın danışıq qabiliyyətinin olması; Diqqətlilik. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Ali təhsil - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə; Maliyyə sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi; Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür; Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı; İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; Ezamiyyələrdə iştirak etmək imkanı; İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə; Könüllü tibbi sığorta; Təlim və inkişaf imkanları. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 18.10.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Avrora jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

Benzer ilanlar