
Maliyyə şöbəsi – Böyük mütəxəssis
Maliyyə şöbəsi – Böyük mütəxəssis
Anlaşmalı
Kontrol edildiDün
Tarih
Numara№3492590
Açıklama
Vəzifə öhdəlikləri:
Maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunlarının Agentliyin maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna tətbiqində iştirak edir;
Debitor və kreditorlarla aparılmış alqı-satqı əməliyyatlarının və ödənişlərin uçotuna nəzarət edir;
İcra etdiyi vəzifələrə uyğun olaraq metodoloji sənədlərin hazırlanmasını həyata keçirir;
Agentliyin mühasibat uçotunun uçot siyasətinə, AR qanunlarına və beynəlxalq standartlara uyğunluğunu yoxlayır;
Əmək haqqı,məzuniyyət,əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti və digər ödənişləri hesablayır və ödənilməsini təmin edir ;
Agentliyin xərclər smetasının layihəsinin hazırlanmasınında iştirak edir və maliyyə vəsaitlərinin xərclər smetasına uyğun istifadəsini yoxlayır, kənarlaşmaları təhlil edir və təkliflər verir;
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Agentliyin maliyyə hesabat(lar)ını hazırlayır, audit zamanı zəruri sənədlərin və məlumatların kənar auditorlara verilməsini həyata keçirir;
Fəaliyyət istiqamətləri üzrə hesabatlar hazırlayır, rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır;
Boşluqların aradan qaldırılması üçün tələbdən yaranan maliyyə təhlillərini aparır, ehtiyac yarandıqda müvafiq təlimatları hazırlayır;
Hesabat və analizlər, eləcə də tapşırıqların gedişatı və nəticələri bərədə rəhbərini və aidiyyəti şəxsləri vaxtında məlumatlandırır;
Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
Maliyyə, iqtisadiyyat, mühasibat ixtisasları üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzu olunandı)
Maliyyə və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
Yaş həddi 28-45 aralığı;
ACCA F3, F7 səviyyələrinin və ya ekvivalent dərəcələrinin müvəffəqiyyətlə tamamlanması
Yüksək korporativ ünsiyyət bacarığı
Yüksək səviyyədə Excel bilikləri
1C 8.3 proqramı ilə sərbəst işləmə bacarığı
PMS və əlavə beynəlxalq (ACCA, CPA və s.) sertifikatlarının mövcudluğu üstünlükdür.
e-gov, e-taxes və digər proqramları ilə sərbəst işləmə bacarığı
Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri arzuolunandır
İş şəraiti:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Maliyyə şöbəsi – Böyük Mütəxəssis) qeyd edin.
Son müraciət tarixi: 20.10.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Azerbaijan Energy Regulatory Agency jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
Benzer ilanlar


Hr












