
Motion Designer / Video Editor

Anlaşmalı
Motion Designer / Video Editor
Kontrol edildiBugün
Açıklama
İş haqqında məlumat:
Honours Academy, Honours Language Institute və Honours Coffee brendləri üçün video montaj və motion dizayn işlərini həyata keçirəcək Motion Designer / Video Editor axtarırıq. Bu rolda əsas məsuliyyətiniz çəkilmiş materialları və təsdiqlənmiş konseptləri brendlərin üslubuna uyğun, aydın və vizual baxımdan keyfiyyətli videolara çevirmək olacaq.Əsas vəzifələr:Sosial media, reklam kampaniyaları və YouTube üçün qısa və uzun videoları montaj etmək;Ekspert çıxışları, müsahibələr, tələbə hekayələri, proqram təqdimatları və tədbir videolarını hazırlamaq;Ssenari və yaradıcı brif əsasında videonun strukturunu, ritmini və vizual ardıcıllığını qurmaq;Mətn animasiyaları, titrlər, lower third, infoqrafika və digər motion elementlər hazırlamaq;Təhsil və maliyyə mövzularının anlaşılmasını asanlaşdıran qrafik və animasiyalar yaratmaq;Görüntülərin rəng korreksiyasını aparmaq, səs səviyyələrini tənzimləmək və mümkün səs qüsurlarını aradan qaldırmaq;Subtitrləri hazırlamaq, onların oxunaqlılığını və görüntü ilə uyğunluğunu təmin etmək;Musiqi və səs effektlərini videonun məqsədinə və brend üslubuna uyğun seçmək;Videoları müxtəlif platformalar üçün şaquli, üfüqi və digər tələb olunan formatlara uyğunlaşdırmaq;Uzun videolardan qısa fraqmentlər və reklam versiyaları hazırlamaq;Təkrarlanan kontent formatları üçün istifadə oluna bilən motion şablonları yaratmaq;Content Strategist & Creative Producer, SMM mütəxəssisləri və qrafik dizaynerlə koordinasiyalı işləmək;Geribildirim əsasında düzəlişləri tətbiq etmək, materialları razılaşdırılmış müddətdə təhvil vermək;Layihə fayllarını, istifadə olunan materialları və yekun versiyaları sistemli saxlamaq;
Tələblər:
Video montaj və motion dizayn üzrə praktik təcrübə;Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı;Kompozisiya, tipoqrafiya, rəng və animasiya prinsipləri üzrə bilik;Videonun ilk saniyələrində maraq yaratmaq, məzmunun aydınlığını və izləmə tempini qorumaq bacarığı;Həm dinamik sosial media videoları, həm də təmkinli və peşəkar təqdimatlar hazırlamaq bacarığı;Səs emalı və rəng korreksiyası üzrə praktik bilik;Azərbaycan dilində subtitr və ekranda göstərilən mətnlərdə səhvləri müəyyən etmək bacarığı;Hazır şablonları brendə uyğunlaşdırmaqla yanaşı, fərdi motion elementlər hazırlamaq bacarığı;Musiqi, şrift və digər materialların istifadə hüquqlarına diqqət etmək;Briflə işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə riayət etmək;Montaj və motion dizayn bacarıqlarını göstərən portfolio və ya showreel.Üstünlük veriləcək:YouTube müsahibələri və çoxkameralı çəkilişlərin montajı üzrə təcrübəyə;Adobe Photoshop və Illustrator proqramlarında işləmək bacarığına;AI alətlərindən video istehsalına dəstək məqsədilə istifadə təcrübəsinə;ClickUp və ya oxşar layihə idarəetmə alətləri ilə tanışlığa.Komandada iş bölgüsü:Kontent strategiyası və yaradıcı istiqamət Content Strategist & Creative Producer tərəfindənmüəyyən edilir. Çəkilişləri SMM mütəxəssisləri həyata keçirir.Motion Designer / Video Editor təqdim edilmiş materialların montajına, animasiyasına və texnikicəhətdən keyfiyyətli yekun versiyasına cavabdehdir. Çəkilişdən əvvəl görüntü və səsmateriallarına dair texniki ehtiyacları komandaya bildirir.Vəzifə birbaşa Marketing Lead-ə tabedir.İş qrafiki:Həftədə 5 iş günü və 2 istirahət günü;Əsas iş saatları: 10:00–19:00;İş və istirahət günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir. Şənbə və bazar günləri iş günü ola bilər; bu halda istirahət günləri həftəiçinə təyin edilir;Çəkiliş və tədbirlərin vaxtından asılı olaraq iş saatlarında dəyişiklik edilə bilər. Qrafik və dəyişikliklər əməkdaşla əvvəlcədən paylaşılır.Əməkhaqqı:Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 16/10/2026
Benzer ilanlar















