Prayk
Ödənişlər üzrə mühasib — Maliyyə
1 000 ₼

Ödənişlər üzrə mühasib

Kontrol edildiDün
Kategori
Maliyyə
Tarih
Numara
№3565912

Açıklama

Vəzifə öhdəlikləri: Gündəlik ödəniş sifarişlərini yoxlamaq və ödəniş tapşırıqlarını hazırlamaq; Təchizatçı və podratçılara ödənişləri təsdiqedici sənədlər əsasında icra etmək; İnternet bankçılıq vasitəsilə bank əməliyyatlarını həyata keçirmək; Bank çıxarışlarını mühasibat proqramına işləmək və hesab qalıqlarını üzləşdirmək; Kreditor borcların, avansların və ödəniş müddətlərinin uçotunu aparmaq; Təchizatçılarla qarşılıqlı hesablaşmaları yoxlamaq və üzləşmə aktlarını hazırlamaq; Əməkhaqqı, vergi və digər məcburi ödənişləri təsdiqlənmiş hesablamalar əsasında köçürmək; Gündəlik və həftəlik ödəniş hesabatlarını hazırlamaq; Ödəniş sənədlərini arxivləşdirmək. Namizədə tələblər: Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi; Bank əməliyyatları və qarşılıqlı hesablaşmalar üzrə biliklər; Excel və mühasibat proqramları — 1C və ya Mikro ilə işləmək bacarığı; İnternet bankçılıq və elektron qaimə sistemi ilə iş təcrübəsi; Dəqiqlik, məsuliyyətlilik və ödəniş müddətlərinə riayət etmək bacarığı. İş şəraiti: İş yeri: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti İş qrafiki: Həftə içi 5 günlük iş həftəsi; Əməkhaqqı: 1000 AZN net; Əmək müqaviləsi ilə rəsmi işə qəbul. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Maaş: 1000 AZN Son müraciət tarixi: 01.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-odenisler-uzre-muhasib-152758