Prayk
Qaçış trenajoru Ferro Luxury Commercial FX8 CPT800-C — Mallar, Bakı
6 720 ₼

Qaçış trenajoru Ferro Luxury Commercial FX8 CPT800-C

SatılıkKopyaİkinci elDün
Şehir
Bakı
Kategori
Mallar
Tarih
Numara
№3465737

Açıklama

Məhsul İtaliya brendidir. Həm evdə, həm də idman zalında istifadə üçün dizayn və istehsal olunmuşdur. Qaçış qurğusu fərqli forma və templərdə qaça bilməyiniz üçün proqramlaşdırılıb. Fasiləsiz işlədə bilməyiniz mümkündür. Fayda və üstünlükləri: Məşq etmək yaxşıdır, amma daha yaxşısı əylənərək məşq etməkdir. Bu imkanı sizə Ferro Treadmill PHI FX8 CPT800-C təqdim edir. Qaçış qurğusunun internetə çıxışı mövcuddur. Bu imkan sayəsində məşq ərzində qaçırdığınız proqram, yaxud serialı izləyə, musiqi dinləyə, son hadisələrdən xəbər tuta bilərsiniz. Qaçış qurğusu 5 at gücündə mühərrikə sahibdir, bu da sizə saatda 20 kilometr sürətlə qaçmağa kömək edir. Belə qaçış imkanı ilə daha çox kalori yandıra və formanızı qoruya bilərsiniz. Qaçışın ürək sağlamlığı üçün ən faydalı məşqlərdən biri olduğunu yəqin ki çoxları bilir. Avadanlığın bir üstünlüyü də qaçış ərzində nəbzinizə nəzarət etməsidir. Nəbzinizi ölçmək üçün əllərinizi idarə panelinin yanlarında olan metal sensora qoymağınız kifayətdir. Beləliklə, ürək ritminiz avadanlığın ekranında əks olunacaq. Ritminizlə bağlı problem yaranarsa, dərhal xəbər tutmuş olacaqsınız. Qaçış qurğusunun ekranından həmçinin qaçdığınız məsafəni, yandırdığınız kalori miqdarını və məşq müddətini də izləyə bilərsiniz. Avadanlığın götürə biləcəyi maksimum çəki 180 kiloqramdır. Qaçış qurğusunda fərqli forma və templərdə qaçmağınıza xidmət edən 12 proqram quraşdırılıb. Hər bir proqramda qaçacağınız müddət, məsafə, yandıracağınız kalori miqdarı əvvəldən hesablanıb. Avadanlığın ekranında istədiyiniz qaçış mühitini seçə və mənzərədən zövq ala bilərsiniz. Məsələn, "dağ qaçışı" başlığını seçsəniz, məşq ərzində fərqli dağ mənzərələri zövqünüzü oxşayacaq. Qaçış çətinliyinizi artırmaq üçün avadanlıqda "Incline" seçimi mövcuddur. "Incline" nədir? Qaçış qurğusunda bu seçimi etdikdə, qaçış lentinin başlanğıcı nisbətən yüksəlməyə başlayır. Bu da bir növ yoxuş qalxırmışsınız kimi effekt yaradır. Ürək ritminiz sürətlənir, daha tez-tez nəfəs alırsınız və daha çox kalori yandırmış olursunuz. Treadmill PHI FX8 CPT800-C qaçış qurğusunun "Incline" səviyyəsi 20 %-dir. Bu seçimdən daha çox yararlanmaq üçün “Incline” faizini mərhələli şəkildə artırın. Avadanlığın USB və MP3 çıxış imkanı və su qabınızı qoya biləcəyiniz yeri də mövcuddur. Qaçış qurğusu qatlana bilmir. Həm ev üçün, həm də idman zalında istifadə üçün dizayn və istehsal olunub. Avadanlığı ev üçün almağı düşünürsünüzsə, nəzərə alın ki, evinizdə özünəməxsus yer tələb edəcək. Çəki: 220 kq; Maksimal çəki: 220 kq; Meyillilik: -3 - 18 %; Sürət: 1 - 25 km/s; Mühərrik: 6 At gücü; Qaçış lentinin ölçüsü: 170 x 62 sm; Məşq proqramların sayı: 12; Monitor: Ürək ritmi; WIFI connectivity; Vaxt; Sürət; Nəbz; Məsafə; MP3; Kalori; Android; Ölçülər: 221 x 104 x 176 sm; Ekranın növü: LED; Zəmanət: 2 il; İstehsalçı ölkə: Çin; Mənşə ölkəsi: İtaliya;

İlanın kaynağı

Orijinal ilanı aç

© birmarket.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

Benzer ilanlar

Hepsini gör