Prayk

Qəbul katibi Ofis inzibatçısı

600 ₼
Kontrol edildi1 hafta önce
Şehir
Bakı
Tarih
Numara
№2821124

Açıklama

İş saatları - 09:00 dan-18:00 dək İş günləri 1-6 günlər İş yeri - Nərimanov rayonu, A.Aqarunov küç, Regent plaza. Əsas vəzifələr • Ziyarətçilərin, müştərilərin və tərəfdaşların ofisdə qarşılanması və yönləndirilməsi • Şirkət əməkdaşlarına gələn qonaqlar barədə məlumat verilməsi • Daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq əməkdaşlara yönləndirilməsi • Elektron və fiziki korrespondensiyanın qəbulu, qeydiyyatı və paylanması • Görüşlərin və danışıqlar otaqlarının bron edilməsi və hazırlanması • Danışıqlar otaqlarının səliqəsi, təmizliyi və texniki avadanlıqlarının işlək vəziyyətinin yoxlanması • Ofisə daxil olan poçt, sənəd və kuryer çatdırmalarının qəbul edilməsi • Müştərilərə və ziyarətçilərə şirkətin fəaliyyəti və xidmətləri barədə ilkin məlumatın verilməsi • Ofis daxili sənəd dövriyyəsinin və inzibati tapşırıqların icrasında iştirak • Kargüzarlıq və ofis ləvazimatlarının sifarişi və uçotunun aparılması • Əməkdaşların ezamiyyət və səfər təşkilinə inzibati dəstək • Kuryer, sürücü və xidmət göstərən digər şəxslərlə koordinasiya • Şirkət rəhbərinin, rəhbərliyin və onların qonaqlarının qarşılanması zamanı zəruri təşkilati dəstəyin göstərilməsi • Görüşlər zamanı çay, qəhvə və digər içkilərin təqdim olunmasının təşkili • Rəhbərliyin qəbul saatları və görüşləri zamanı inzibati və təşkilati yardımın göstərilməsi Məsuliyyətlər • Şirkətin müsbət korporativ imicinin qorunmasına və təmsil olunmasına cavabdehlik • Ziyarətçilərlə nəzakətli, etik və peşəkar ünsiyyətin təmin edilməsi • Telefon və məlumat axınının düzgün və operativ idarə olunması • Ofis daxilində məlumatların düzgün ötürülməsi • Şirkətə məxsus məlumatların məxfiliyinin qorunması • İnzibati tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi • Şirkətin daxili qaydalarına və əmək intizamına riayət edilməsi • Təhlükəsizlik protokollarına riayət edilməsi • Şübhəli halların rəhbərliyə dərhal bildirilməsi. Əmək haqqı: 500-600 AZN

Benzer ilanlar