
Rəqəmsal səriştələrin inkişafı üzrə aparıcı layihə meneceri

Anlaşmalı
Rəqəmsal səriştələrin inkişafı üzrə aparıcı layihə meneceri
Kontrol edildi4 gün önce
ŞehirBakı
Tarih
Numara№3394127
Açıklama
Şöbə tərəfindən həyata keçirilən rəqəmsal təhsil və istedad inkişafı layihələrinin effektiv icrasını təmin etmək; Rəqəmsal təhsil layihələrinin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək; Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək; Layihələrin həyata keçirilməsi prosesində tərəfdaş qurumlarla işgüzar əlaqələri dəstəkləmək və iclaslarda iştirak etmək; Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək; Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək; Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək; Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək; Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dertamentin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə); Təhsil layihələrinin idarəedilməsi üzrə minimum 3 il iş təcrübəsi; Layihə idarəetməsi üzrə beynəlxalq və ya yerli sertifikatlara malik olmaq zəruridir; MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yüksək səviyyədə bilmək; Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək, Rus dili arzuolunandır; Layihə idarə olunması üzrə əsas biliklərə malik olmaq; Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq; Effektiv kommunikasiya və ünsiyyət bacarığı, həmçinin tərəfdaşlarla düzgün münasibət qurmaq bacarığı; Operativlik və doğru qərarvermə bacarığı; Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti.
Vakansiya növü: Tam ştat
Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-reqemsal-seristelerin-inkisafi-uzre-aparici-layihe-meneceri-45089828/apply
Benzer ilanlar



Günel Məhərrəmova







Nergiz





