
Resepşn
Resepşn
700 ₼
Kontrol edildiDün
Tarih
Numara№3496946
Açıklama
PilatesLife studiyasına Xanım Resepşn axtarılır
PilatesLife komandası böyüməyə davam edir və biz peşəkar, enerjili və məsuliyyətli xanım resepsion axtarırıq.
Vəzifələri:
Studiyanın gündəlik inzibati işlərinin təşkili və koordinasiyası
Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsi
Studiyanın yeni və potensial müştərilərinə xidmətlərin peşəkar təqdimatı
Daxil olan zənglərin, WhatsApp və sosial şəbəkə müraciətlərinin cavablandırılması
Mövcud və potensial müştərilərlə davamlı əlaqələrin qurulması
Müştəri bazasının idarə olunması və CRM sistemində məlumatların işlənməsi
Məşqçilərin iş qrafiklərinin koordinasiyasında iştirak
Studiyada mövcud məhsulların və ehtiyatların nəzarəti, sifarişlərin hazırlanması
Hesabatların müəyyən olunmuş qaydada aparılması
Studiyanın xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin edilməsində aktiv iştirak
İş yerində yaranan məsələlərin operativ və müstəqil həlli
Tələblər:
Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
Ali təhsil
22–40 yaş arası xanım namizədlər
MS Office proqramlarında işləmə bacarığı (Word, Excel), 1C bilikləri üstünlükdür
Ofis texnikası ilə işləmə bacarığı
Satış və müştəri xidməti sahəsində təcrübə üstünlükdür
Ünsiyyətcil, gülərüz və təqdimat bacarıqlarının yüksək olması
Məsuliyyətli, punktual və intizamlı olmaq
Komandada işləmə və eyni zamanda müstəqil qərar vermə bacarığı
Stressə davamlı və çoxsaylı tapşırıqları idarə etmə bacarığı
Sağlam həyat tərzinə, idmana və wellness sahəsinə maraq göstərmək
İş şəraiti:
İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır
Əmək haqqı: 700 AZN
2 növbəli iş qrafiki:
09:00–18:00
12:00–21:00
Şənbə günü: 09:00–15:00
Biz nə təklif edirik?
Azərbaycanın aparıcı Pilates studiyalarından birində işləmək imkanı
Peşəkar və dəstəkçi komanda mühiti
Karyera və inkişaf imkanları
PilatesLife xidmətlərindən xüsusi əməkdaş güzəştləri
Müştəri xidməti və satış bacarıqlarının inkişafı üçün təlimlər
Maraqlanan şəxslərdən şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Resepşn” qeyd etməklə göndərmələri xahiş olunur.
Maaş: 700 AZN
Son müraciət tarixi: 30.10.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Pilates Life jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
Benzer ilanlar











Dürüst İşədüzəltmə Mərkəzi



Diana
