
2
Risklər üzrə Baş Mütəxəssis

Anlaşmalı
Risklər üzrə Baş Mütəxəssis
Kontrol edildi3 gün önce
Tarih
Görüntülenme2
Numara№3371039
Açıklama
Əmək funksiyaları:
Risklərin təhlili və onların təhlükə ehtimalının qiymətləndirilməsi
Risk xəritələrinin hazırlanması və risklərin prioritetləşdirilməsi
Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
Əməliyyat risklərinin təhlili və hesabatlılığın aparılması
Təşkilatın müxtəlif ssenarilər üzrə risklərə dayanıqlığını ölçmək üçün risk modellərinin hazırlanması və stress-testlərin keçirilməsi
Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi
Daxili və xarici amillərin analizi əsasında risklərin qruplaşdırılması
Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulmasının və nəzarətin təmin edilməsi
Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili
Təşkilatın məhsul, xidmət və proseslərinin risk yönümlü təhlili
Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi
Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili
Yeni məhsul və xidmətlərin təqdim edilməsi zamanı risk idarəetmə qaydalarına düzəlişlər edilməsi üçün tövsiyələrin verilməsi
Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və yoxlamalarının koordinasiyası
Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması
Bərpaedici tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək
Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələrin icrası
Fırıldaqçılıqla mübarizə üzrə əmək funksiyası:
Fırıldaqçılıq növlərini və müxtəlif üsulları başa düşmək üçün təlimatlara istinad etməlidir.
Şübhəli fəaliyyətləri tanımaq üçün təhlil və izləmə üsullarını tətbiq etməlidir.
Əvvəlcədən önləyici tədbirlər üçün təhlil nəticələrini və statistik məlumatları yoxlamalıdır.
Müdafiə/təhlükəsizlik və təhlil alətləri ilə işləmək üçün müvafiq təlimatlarla tanış olmalıdır.
Şirkətin və ya təşkilatın informasiya sistemlərini təhlil etmək və potensial təhlükələrin qarşısın almalıdır.
Fırıldaqçılıq növlərinə və formalarına qarşı təhlükəsizlik tədbirlərinin planını hazırlamaq.
Hər hansı şübhəli əməliyyat və ya informasiya növünə rast gəldiyində birbaşa rəhbərinə məlumat verməlidir.
Bilməlidir:
Risklərin idarə olunması prinsip və metodları;
Risk modelləri və stress-testlərin aparılması texnikaları;
Maliyyə və bank əməliyyatlarının riskləri;
Risk indikatorlarının yaradılması və idarə olunması;
Risklərin qiymətləndirilmə metodları;
Statistik və analitik təhlil metodları;
Müvafiq qanunvericilik aktları və normativ tələblər.
Vəzifə Tələbləri:
İqtisadiyyat, risklərin idarə edilməsi, analitika, informasiya texnologiyaları sahələrində bakalavr təhsil dərəcəsi;
Maliyyə, bank əməliyyatları və ya əməliyyat risklərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
MS Excel bilikləri
Komandada işləmək bacarığı və effektiv ünsiyyət qabiliyyəti;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 28.10.2026
İlanın kaynağı
Orijinal ilanı aç© YIĞIM Payment Services jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
Benzer ilanlar















