Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis
Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis
Anlaşmalı
Kontrol edildiBugün
Tarih
Numara№3511675
Açıklama
“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir.
İşin təsviri:
Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edilməsi;
Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyinin verilməsi;
Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
Əməliyyat, bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәtin hәyata keçirilmәsi;
Ssenarilərin təhlil edilməsi, Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir;
Əməliyyat risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icrası və insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;
Əməliyyat risklərinə aparan müvafiq bazar və likvidlik risklərinin idarə edilməsinin həyata keçirilməsi.
Namizədə dair tələblər:
Maliyyə, iqtisad sahəsində ali təhsil;
Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi;
Əla səviyyədə MS Excel biliyi;
Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi;
Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək;
Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı;
FRM,PRM üzrə hər hansı mərhələni keçən və ya digər risk əsaslı sertifikatlara sahib olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır.
İş şəraiti:
İş saatı 09:00-dan 18:00-dək;
İstirahət günləri: şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Əməliyyat risklərinin idarə dilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 30.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/premium-bank-risklerin-idare-edilmesi-departamentinin-emeliyyat-risklerinin-idare-edilmesi-sobesinde-aparicibas-mutexessis-152647