Boyanma, açıcı (blond) və ya kimyəvi təsirlərdən zədələnmiş, qurumuş, elastikliyini və parlaqlığını itirmiş məsaməli saçların intensiv bərpası üçün xüsusi qulluq vasitəsidir. Gündəlik istifadə üçün deyil. Hidrolizə olunmuş keratin və Qaranquş yuvası ekstraktı (qlikoproteinlər) saçın strukturunu daxildən bərpa edir, qırılmanın qarşısını alır. 17 amin turşusu kompleksi saçlara elastiklik və təbii canlılıq qazandırır. 3 fərqli hialuron turşusu nəmi saçın daxilində saxlayır, quruluğu tamamilə aradan qaldırır. Yaponiya kameliyası, arqan və makadamiya yağları saçları ağırlaşdırmadan yumşaldır və təbii parıltı verir. Kation-silikon sistemi saçın xarici təbəqəsini bağlayaraq ucların haçalanmasının qarşısını alır və daramanı asanlaşdırır. Kremvari teksturası sayəsində az miqdarda istifadəsi belə maksimum effekt verir. İstifadə Qaydası: ⚠Yalnız təmiz, nəm saçın uzunluğuna (köklərə və baş dərisinə toxundurmadan) az miqdarda çəkilir. Saxlama müddəti 3–5 dəqiqədir. Ev şəraitində istilik (fen, isti dəsmal və s.) vermək qətiyyən olmaz! İlıq su ilə tamamilə yuyulmalıdır. Boyanmış və ya Təbii (Buruq) Saçlar üçün: Hər 4-cü yumada bir dəfə tətbiq olunur. Açıcı vurulmuş (Blond) Saçlar üçün: Tamamilə balanslı (minimal) miqdarda, hər 4 və ya 5-ci yumada bir dəfə tətbiq olunur. ❌ Kimlər üçün uyğun deyil? Sağlam, təbii düz və nazik məsaməli olmayan saçlar üçün uyğun deyil (saçda ağırlıq yarada bilər).
© birmarket.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.