İş barədə məlumat:
Satınalma prosesinin təşkili və idarə edilməsi
Yerli və beynəlxalq bazar araşdırmasının aparılması
Logistika və gömrük işlərinin təşkili və təmini (bilavasitə yerinə yetirilməsi)
Təchizatçılar, partnyorlar və müştərilərlə uzunmüddətli işgüzar əlaqələrin yaradılması, danışıqların aparılması və nəzarətdə saxlanılması
Stokun idarə edilməsi
Mal-materialların keyfiyyətinə (+ saxlanılmasına) nəzarət, müvafiq qaydalara və standartlara uyğunluğunun təmini
Proseslərinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması
Fəaliyyəti ilə bağlı müvafiq periodik hesabatların hazırlaması
6 günlük iş qrafiki
Namizədə tələblər:
Ali iqtisadi təhsil
Əlaqədar sahədə ən az 3 il iş təcrübəsi
MS Office (Excel, Work, Power Point, Outlook) və 1C proqramlarında sərbəst işləmə bacarığı
Azərbaycan, Rus, İngilis dil bilikləri (hər 3 dildə “sərbəst” səviyyə)
Müvafiq qanunvericilik bilikləri
Kargüzarlığın aparılması qaydaları haqqında bilik və təcrübə
Ezamiyyətlərə getmə imkanı
Təqdimat, ünsiyyət və işgüzar danışıq və yazışmaların aparılması bacarıqları
Analitik düşüncə qabiliyyət, təşkilatçılıq, proaktivlik
Maraqlananlar şəxslər mövzu hissəsinə “Satınalma üzrə menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilər.
Son müraciət tarixi: 16.10.2026