
Satış meneceri

500 ₼
Satış meneceri
Analiz edildiBugün
Tarih
Numara№3432374
Açıklama
CRM Construction MMC komandasına Satış meneceri axtarılır.
İş şərtləri
Əmək haqqı: 500 AZN net
Bonus: Satış nəticələrinə əsasən əlavə bonus sistemi
İş qrafiki: 6 günlük
Bazar ertəsi – Cümə: 11:00–20:00
Şənbə: 11:00–16:00
Bazar: İstirahət günü
İş yeri: Bakı (Bakmil metrosunun yanı, Azera Plaza)
Vəzifə öhdəlikləri
Yeni müştərilərin axtarılması və cəlb edilməsi;
Gələn müştəri müraciətlərinin telefon, WhatsApp və digər kanallar vasitəsilə cavablandırılması;
Potensial müştərilərlə ilkin danışıqların aparılması;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təqdim edilməsi;
Tikinti, ev tikintisi və təmir xidmətlərinin müştərilərə təqdim olunması;
Müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
Qiymət təkliflərinin müştərilərə təqdim edilməsi;
Satış prosesinin başlanğıcdan müqavilənin bağlanmasına qədər izlənilməsi;
Mövcud və potensial müştərilərlə mütəmadi əlaqənin saxlanılması;
Müştəri məlumatlarının CRM sisteminə düzgün daxil edilməsi və yenilənməsi;
Aylıq satış hədəflərinin yerinə yetirilməsi;
Rəhbərliyə satış nəticələri və görülən işlər barədə hesabatların təqdim edilməsi.
Əlavə vəzifələr
Satış meneceri əsas satış fəaliyyətindən əlavə olaraq:
Ofisə gələn müştərilərin qarşılanmasına;
Görüşlər zamanı qonaqlara çay və kofe servis edilməsinə;
Direktora çay servis etmək;
Ofisdə qonaqlar üçün ümumi xidmət və səliqəni təmin etməlidir
Namizədə tələblər
Xanım namizəd
Rus dilini əla səviyyədə bilməli – sərbəst danışıq və yazılı ünsiyyət bacarığı;
Azərbaycan dilini səlis bilməli;
Güclü kommunikasiya və müştəri ilə ünsiyyət bacarığı;
Satış və müştəriyönümlü yanaşma;
Danışıqlar aparmaq və satış bağlamaq bacarığı;
Aktiv, məsuliyyətli və intizamlı olmaq;
Komanda ilə işləmək bacarığı;
Kompüterdən və ofis proqramlarından istifadə bacarığı;
CRM sistemlərində işləmək bacarığı üstünlükdür;
Tikinti və təmir sahəsində təcrübənin olması üstünlükdür;
Satış sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır.
Biz nə təklif edirik?
500 AZN net sabit əmək haqqı;
Satış nəticələrinə uyğun əlavə bonus;
Sabit və uzunmüddətli iş imkanı;
Peşəkar inkişaf və satış sahəsində təcrübə qazanmaq imkanı;
İşgüzar və aktiv komanda mühiti.
Əgər satış bacarığınız güclüdürsə, insanlarla rahat ünsiyyət qurursunuzsa və nəticəyə fokuslanmısınızsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Maaş: 500 AZN
Son müraciət tarixi: 29.10.2026
İlanın kaynağı
Orijinal ilanı aç© CRM Construction jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
Benzer ilanlar















