İstehsalat müəssisəsi üçün “Su təmizləmə sistemləri üzrə Operator” vakansiyası
İş yeri: Kəlbəcər rayonu
Vəzifə öhdəlikləri:
Su təmizləmə sistemlərinin gündəlik işinə nəzarət etmək;
Su təmizləmə avadanlıqlarının iş rejimini izləmək;
Su təmizləmə prosesinin müəyyən edilmiş texnoloji tələblərə uyğun aparılmasını təmin etmək;
Avadanlıqların təzyiq, temperatur, sərfiyyat və digər iş göstəricilərini nəzarətdə saxlamaq;
Su sistemlərinin regenerasiya, yuma və digər texnoloji proseslərini həyata keçirmək;
CIP (Cleaning in Place) proseslərini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək;
Avadanlıqların işə salınması, dayandırılması və proseslər arasında keçidlərini düzgün icra etmək;
Su təmizləmə sistemlərində yaranan nasazlıqları vaxtında müəyyən etmək və məsul şəxslərə məlumat vermək;
Nasosların, klapanların, boru xətlərinin və digər avadanlıqların vəziyyətinə nəzarət etmək;
İş zamanı tələb olunan göstəriciləri və proses məlumatlarını qeydiyyata almaq;
Avadanlıqların təmizliyi və iş sahəsinin sanitariya qaydalarına uyğun saxlanılmasını təmin etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili qaydalara riayət etmək;
Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Orta ixtisas və ya ali texniki təhsil arzuolunandır;
Rus dili biliyi üstünlükdür;
Su təmizləmə sistemləri, istehsalat avadanlıqları və ya texniki sahədə iş təcrübəsi üstünlükdür;
Su təmizləmə prosesləri haqqında ümumi anlayış;
Texniki avadanlıqlarla işləmək bacarığı;
CIP prosesləri barədə məlumatlı olmaq üstünlükdür;
Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Növbəli iş rejimində işləməyə hazır olmaq.
Şirkət tərəfindən təmin olunur:
Kəlbəcərdə yaşayış yeri
Gün ərzində 3 dəfə qidalanma
Gəncə və ətraf rayonlardan nəqliyyat xidməti
Peşəkar və inkişaf yönümlü iş mühiti
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Su təmizləmə sistemləri üzrə Operator” başlığı ilə göndərə bilər.
Son müraciət tarixi: 24.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/istisu-mmc-su-temizleme-sistemleri-uzre-operator-152068