009 seriyalı çoxfunksiyalı, çətirli və valideyn idarəetmə tutacaqlı uşaq üçtəkərli velosipedi əsasən 10 aylıqdan 5-6 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Möhkəm konstruksiyaya və aşma riskini azaldan geniş arxa təkər bazasına sahibdir. Hündürlüyü tənzimlənən və velosipedin ön təkərini asanlıqla idarə edən arxa idarəetmə tutacağı var. Uşağı günəş şüalarından və yüngül yağışdan qoruyan, qatlana bilən böyük çətir sistemi mövcuddur. Uşağın oturacaqdan yıxılmasının qarşısını alan ön qoruyucu baryer və təhlükəsizlik kəmərləri var. Kiçikyaşlı uşaqlar üçün qatlanan ayaq qoyma yeri (pedal fırlada bilməyənlər üçün). Ön hissədə motosiklet üslubunda böyük fara (işıqlandırma) və sükanda uşağın marağına səbəb olacaq dekorativ yan güzgülər var. Həm ön hissədə sükanın altında, həm də arxa təkərlərin arasında oyuncaq və uşaq əşyaları üçün tutumlu plastik səbətlər mövcuddur.
© birmarket.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.