Prayk
Üz kremi Derma-Naft, 50 ml — Mallar, Bakı
17 ₼

Üz kremi Derma-Naft, 50 ml

SatılıkKontrol edildiİkinci elDün
Şehir
Bakı
Kategori
Mallar
Tarih
Numara
№3255602

Açıklama

Ağ Naftalan əsaslı “Derma-Naft” kremi — quruluğa, qıcıqlanmaya və həssaslığa meyilli dəri üçün kompleks qulluq məqsədilə hazırlanmış zərif və təsirli formuladır. Kremin əsasını təmizlənmiş Ağ Naftalan yağı təşkil edir. Ağ, qatranı çıxarılmış yağ xüsusi dərin təmizləmə prosesindən keçirilir ki, bu zaman ondan qatran birləşmələri tamamilə uzaqlaşdırılır. Məhz bu qatranlar adi Naftalana onun tünd-qəhvəyi rəngini, sıx quruluşunu və xarakterik qoxusunu verir. Qatranlar çıxarıldıqdan sonra yağ açıq rəng alır, demək olar şəffaf olur, qoxusu xeyli yumşalır, teksturası isə daha da zərifləşir. Kremin tərkibindəki aktiv komponentlər güclü iltihabəleyhinə, qaşınmaəleyhinə və antimikrob təsir göstərir, epidermal baryerin funksiyalarını yaxşılaşdırır, dərinin qurumasının, qabıqlanmasının və qıcıqlanmasının qarşısını alır. Krem iltihablı elementləri azaldır, sızanaqların sağalmasını sürətləndirir və yeni səpgilərin yaranmasının qarşısını alır. Krem ağrını azaldır, çatların və yanıqların tez sağalmasına kömək edir. Yumşaq teksturası sayəsində asan yayılır, tez hopur və dəridə yağlı təbəqə buraxmır. Gündəlik qulluq üçün uyğundur və üz, dekolte, döş nahiyəsi, həmçinin intim zonalar kimi ən həssas sahələrə də tətbiq edilə bilər. Tərkibi: ağ naftalan, kokos yağı, gənəgərçək yağı, E vitamini, lavanda, vazelin, parafin, aerosiİstifadə qaydası: Kremdən az miqdarda götürüb problemli dəri sahəsinə çəkin. Gündə 2–3 dəfə istifadə etmək tövsiyə olunur. Qısa müddətdə effekt əldə etmək üçün “Derma-Naft” sabunu ilə birlikdə tətbiqi məsləhətdir. Müalicə kursunun müddəti fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir, orta hesabla 21 gün davam edir. Diqqət: Yalnız xarici istifadə üçündür! İstifadədən əvvəl fərdi həssaslığı yoxlamaq məqsədilə məhsulu zədələnmiş dəri sahəsinin kiçik hissəsinə çəkin. Güclü qaşınma, yanğı, qızartı kimi allergiya əlamətləri olduqda məhsulu dərhal yuyun!

İlanın kaynağı

Orijinal ilanı aç

© birmarket.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

Benzer ilanlar

Hepsini gör