
Bakı10
Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)
Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)
1 500 ₼
TekshirilganKecha
ShaharBakı
Sana
Koʻrishlar10
Raqam№6202456
Tavsif
Vəzifə öhdəlikləriAnbar fəaliyyətinin gündəlik idarə olunmasını və iş proseslərinin düzgün təşkilini təmin etmək;Məhsulların qəbulu, saxlanılması, yerləşdirilməsi və göndərilməsinə nəzarət etmək;Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu aparmaq;Məhsul qalıqlarına, ehtiyatların hərəkətinə və inventarizasiyaya nəzarət etmək;Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;1C proqramında anbar əməliyyatlarını və müvafiq sənədləşməni aparmaq;Anbar sənədlərinin düzgünlüyünü və məlumatların sistemə vaxtında daxil edilməsini təmin etmək;Məhsul itkilərinin, uyğunsuzluqların və uçot fərqlərinin qarşısını almaq;Anbar əməkdaşlarının işini təşkil etmək və fəaliyyətlərinə nəzarət etmək;Anbarda səliqə-sahmana, təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək;Digər struktur bölmələrlə koordinasiyalı şəkildə işləmək.Namizədə tələblərAnbar sahəsində iş təcrübəsi;Rəhbər vəzifədə min 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;1C proqramı üzrə yaxşı bilik və praktiki iş bacarığı;Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;Anbar uçotu, inventarizasiya və hesabatların hazırlanması üzrə biliklər;Məhsul qalıqlarının və anbar ehtiyatlarının idarə olunması bacarığı;Yüksək məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti;İdarəetmə, komanda ilə işləmək və operativ qərarvermə bacarığı.Üstünlük hesab olunurQida və ya dəniz məhsulları sahəsində anbar idarəçiliyi təcrübəsi;Tez xarab olan məhsulların saxlanması və temperatur rejiminə nəzarət üzrə biliklər;Məhsulların saxlanma müddətinə və yararlılıq tarixlərinə nəzarət təcrübəsi;FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) və FEFO (yararlılıq müddəti daha tez bitən məhsulun ilk çıxarılması) prinsiplərini bilmək və tətbiq etmək bacarığı;Anbar proseslərinin optimallaşdırılması və məhsul itkilərinin azaldılması üzrə təcrübə.İş şəraitiƏmək haqqı: 1 500 AZN;6 günlük iş həftəsi;İş yeri: Lökbatan, Meyvəli ərazisi;Peşəkar və dinamik iş mühitində çalışma imkanı.Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/207792/anbar-mudiri-teserrufat-techizat-ve-destek-sobesinin-mudiri
REKLAMA









