Şirkətin anbar fəaliyyətini və anbar komandasının işini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq.Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışını müvafiq sənədlər və təsdiqlər əsasında təmin etmək.Anbar əməliyyatlarının 1C/ERP sistemində vaxtında və düzgün əks etdirilməsinə, fiziki qalıqlarla uçot məlumatlarının uyğunluğuna nəzarət etmək.Dövri sayımların və inventarizasiyanın təşkilini, aşkar edilmiş fərqlərin səbəblərinin araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin etmək.Anbar sahələrindən səmərəli istifadəni, təhlükəsiz saxlama şəraitini və əməyin təhlükəsizliyi (SƏTƏM) tələblərinə riayət olunmasını təmin etmək.Hərəkətsiz, zəif dövriyyəli və yararlılıq müddəti yaxınlaşan ehtiyatları izləmək, aidiyyəti bölmələrlə tədbirlər hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək.
Tələblər:
Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat zəncirinin idarəedilməsi və ya digər uyğun ixtisaslar).Təcrübə: Anbar və ya logistika sahəsində 10 il iş təcrübəsi.İT üzrə biliklər: MS Office və 1C Enterprise proqramı üzrə biliklər.
Texniki bacarıqlarAnbar əməliyyatlarının təşkili və idarə edilməsi üzrə biliklər.Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərini idarə etmək bacarığı.Anbar uçotu, inventarizasiya və qalıqların uzlaşdırılması üzrə biliklər.1C/ERP sistemlərində əməliyyatların düzgün əks etdirilməsi bacarığı.Anbar sənədləşməsi və sənəd dövriyyəsi qaydalarını bilmək.Əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə biliklər.
Vakansiya növü: Tam ştat
Şirkət: Grand-Agro MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/grandagro/grandagro-anbarlarin-idareedilmesi-uzre-menecer-75118365/apply
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati