Prayk

Aparıcı/Baş auditor

Kelishiladi
TekshirilganKecha
ShaharBakı
KategoriyaMoliya

№6382006·Koʻrishlar: 1

Tavsif

İş şəraiti Daxili Audit departamenti İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı şəhəri. Tələblər: Ali təhsil; Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 2-3 illik təcrübə; Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək; Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar; Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər; Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər; Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər; Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı; Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər; Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması; MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür); Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür); Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər; Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər. İşin təsviri: Audit planının hazırlanması barədə departament direktoruna təkliflər vermək; Audit planına uyğun olaraq bankda nəzarət, risklərin idarə edilməsi sistemlərinin və korporativ idarəetmənin auditini həyata keçirmək; Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit etmək; Audit nəticələri və verilmiş tövsiyələr üzrə hesabatlar tərtib etmək və onların icrasına nəzarəti təmin etmək; Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak etmək; Daxili Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq standartlar çərçivəsində digər vəzifələri həyata keçirmək; Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək və tələblərə riayət etmək və s. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208926/aparicibas-auditor
REKLAMA