Prayk
Aparıcı Data Analitik — Maliyyə, Bakı
Kelishiladi

Aparıcı Data Analitik

TekshirilganBugun
ShaharBakı
KategoriyaMoliya

№6436789·Koʻrishlar: 2

Tavsif

Müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, təmizlənməsi, transformasiyası və analitik emalını həyata keçirmək;SQL və PL/SQL vasitəsilə məlumatların əldə edilməsi və mürəkkəb analitik sorğuların hazırlanmasını təmin etmək;Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və avtomatlaşdırılmasını həyata keçirmək;KPI və əsas biznes göstəricilərinin hesablanması, monitorinqi və təhlilini aparmaq;Power BI, Apache Superset və digər BI platformalarında interaktiv dashboard və analitik hesabatlar hazırlamaq, mövcud hesabatları təkmilləşdirmək;Məlumatların keyfiyyətinə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və araşdırmaq;Böyük həcmli məlumatlar üzrə kompleks analizlər aparmaq, tendensiyaları və qanunauyğunluqları müəyyən etmək;Biznes bölmələrinin hesabat və analitik ehtiyaclarını təhlil edərək müvafiq həllər hazırlamaq;Ad-hoc sorğular əsasında operativ analitik hesabatlar hazırlamaq;Analitik nəticələri və əsas göstəriciləri aidiyyəti struktur bölmələrə təqdim etmək;Data Governance prinsiplərinə uyğun olaraq məlumatların keyfiyyətini, tamlığını və idarəolunmasını təmin etmək;Hesabatların metodologiyasını, biznes qaydalarını və məlumat mənbələrini sənədləşdirmək. Tələblər: Data analitikası, Business Intelligence və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;Ali təhsil; İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Statistika, Riyaziyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür;SQL və PL/SQL üzrə bilik;Power BI\Superset və ya digər vizuallaşdırma alətləri ilə işləmək bacarığı;Python və ya R vasitəsilə məlumatların təhlili üzrə bilik;Data governance haqqında ümumi biliklər Məlumatların təmizlənməsi və transformasiyası üzrə anlayış;Dashboard, hesabat və analitik göstəricilərin hazırlanması bacarığı;Statistik metodlar və analitik yanaşmalar üzrə bilik;Böyük həcmli məlumatlarla işləmək və nəticələri düzgün şərh etmək bacarığı;JSON, XML və API üzrə anlayış;Analitik düşüncə və problem həll etmə bacarığı;Komandada işləmək və işgüzar ünsiyyət bacarığı;Bank məlumatları, məhsulları və biznes proseslərinə maraq. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Orta səviyyəli Şirkət: ATB Bank Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/atb/atb-aparici-data-analitik-47174791/apply
REKLAMA