
Bakı3
Aparıcı memar bərpa işləri üzrə

Kelishiladi
Aparıcı memar bərpa işləri üzrə
Tekshirilgan1 hafta oldin
ShaharBakı
Sana
Koʻrishlar3
Raqam№4616304
Tavsif
Layihələrin ilkin mərhələlərində araşdırmalar aparmaq, sahəni və mövcud tikilini təhlil etmək, ilkin memarlıq yanaşmasının formalaşdırılmasını təmin etmək;Bərpa və konservasiya layihələri üzrə mövcud tikilinin tarixi inkişafını, memarlıq xüsusiyyətlərini, mövcud vəziyyətini, material və elementlərini araşdırmaq və layihələndirmə prosesində nəzərə almaq;Mövcud memarlıq elementlərinin qorunması, bərpası, konservasiyası, dəyişdirilməsi və ya yenidən qurulması üzrə həllərin hazırlanmasında iştirak etmək və müvafiq təkliflər vermək;·Bərpa və konservasiya həllərinin mövcud binanın memarlıq xüsusiyyətlərinə, tətbiq olunan materiallara, texnologiyalara və layihə tələblərinə uyğunluğunu yoxlamaq;Layihələndirmə məlumatlarını qəbul etmək və təhlil etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;Layihələndirmə məlumatlarını estetik, funksional və texniki tələblərə, mövcud tikilinin xüsusiyyətlərinə və ətraf mühitə uyğunluğu baxımından yoxlamaq və layihəçiləri müvafiq tələblərə istiqamətləndirmək;Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də layihə üzrə müəyyən edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;Bərpa və konservasiya üzrə tətbiq olunan müvafiq normativ tələblərin və layihə prinsiplərinin layihə sənədlərində nəzərə alınmasını təmin etmək;Layihə rəhbərinin komandasının üzvü kimi layihəyə cəlb edilmiş memarlar, mühəndislər, layihəçi təşkilatlar, məsləhətçilər, bərpa və konservasiya üzrə mütəxəssislər və digər maraqlı tərəflərlə koordinasiyalı fəaliyyət göstərmək;Layihələndirmə müddətləri üzrə müvafiq tövsiyələr vermək və İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayaraq müvafiq texniki rəy vermək;Bərpa və konservasiya işlərində istifadə olunması nəzərdə tutulan material, nümunə və texniki həlləri memarlıq tələbləri baxımından nəzərdən keçirmək və rəy vermək;Tikinti mərhələsində mövcud vəziyyət və ya əvvəlcədən müəyyən edilməmiş şərait nəticəsində yaranan memarlıq məsələlərini təhlil etmək və müvafiq həllərin hazırlanmasını koordinasiya etmək;İstehsalatın müvafiq sınaq və yoxlamalarında, eləcə də tikintinin təhvil-təslim prosesində iştirak etmək,Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək;Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi və arxivləşdirilməsinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini təmin etmək.
Vakansiya növü: Tam ştat
Şirkət: PMD Projects MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/pmdprojects/pmdprojects-aparici-memar-berpa-isleri-uzre-91377299/apply
REKLAMA



