Prayk

Aparıcı mühasib

1 200 ₼
TekshirilganKecha
Shahar
Bakı
Kategoriya
Moliya
Sana
Koʻrishlar
4
Raqam
№5649906

Tavsif

İş şəraiti İş qrafiki: Həftənin 5 günü, saat 10:00-dan 18:00-dək; İstirahət günləri: Şənbə və bazar; Əməkhaqqı: 1 000–1 200 AZN — namizədin bilik və təcrübəsinə uyğun olaraq; İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3; Tam ştat iş rejimi, rəsmi əmək münasibətləri və peşəkar inkişaf imkanı. Maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Müvafiq sahədə 3–5 il iş təcrübəsi; aparıcı mühasib vəzifəsində təcrübəyə üstünlük verilir; Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər; 1C 8.3, MS Excel və elektron vergi portalları ilə işləmək bacarığı; Vergi və digər məcburi hesabatların hazırlanması üzrə təcrübə; Əməkhaqqı və məzuniyyət hesablamaları üzrə praktiki biliklər; PMS sertifikatı və IFRS üzrə biliklər arzuolunandır; ACCA sertifikatları əlavə üstünlükdür; Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və komanda ilə işləmək bacarığı. Müəssisənin mühasibat və vergi uçotunu qanunvericiliyin tələblərinə uyğun aparmaq; İlkin mühasibat sənədlərini yoxlamaq və mühasibat proqramında işləmək; Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunu aparmaq; Vergi, DSMF və digər zəruri hesabatları hazırlamaq və vaxtında təqdim etmək; Əməkhaqqı, məzuniyyət və digər ödənişləri hesablamaq; Dövri maliyyə hesabatlarını hazırlamaq və aysonu/ilsonu bağlanışlarında iştirak etmək; Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotuna nəzarət etmək; Mühasibat sənədlərinin düzgün saxlanılmasını təmin etmək və dövlət qurumlarından daxil olan sorğuların cavablandırılmasında iştirak etmək. Əmək haqqı: 1000-1200 AZN
REKLAMA