




1 500 ₼
Avto çilingər, 3-5 illik təcrübə, Tam iş günü
Tekshirilgan1 hafta oldin
№5926742·Koʻrishlar: 4
Tavsif
İş elanı – Motorist/Çilingər (Universal usta)
Yeni Yasamalda yerləşən avtomobil servisimizə peşəkar, təcrübəli və məsuliyyətli usta axtarılır.
Vəzifə öhdəlikləri:
- Mexaniki və çilingər işlərinin görülməsi (motor, asqı, transmissiya və s.)
- Diaqnostika avadanlıqları ilə nasazlıqların aşkarlanması
- Elektrik-elektron sistemlərin yoxlanması və bərpası
- Planlı texniki xidmətlərin icrası (yağ, filtr, mayelər və s.)
- Detalların sökülüb-quraşdırılması, sazlama və sınaq
- Görülən iş üzrə texniki təhlükəsizlik və servis standartlarına riayət
Tələblər:
- Universal usta kimi çoxşaxəli bacarıqlar
- Müxtəlif marka və modellərlə işləmə təcrübəsi
- Diaqnostik cihazlardan və əl alətlərindən sərbəst istifadə
- Dəqiqlik, məsuliyyət, komandada işləmə bacarığı, ünsiyyətcil və etibarlı olmaq
İş şəraiti:
- Servisdə lazım olan alətlər və avadanlıqlar mövcuddur
- Həftədə 1 gün istirahət (ustayla razılaşdırılaraq müəyyən edilir)
- İş yeri: Yeni Yasamal, avtomobil servisi
Əməkhaqqı və ödəniş:
- Qarşılıqlı razılaşma əsasında əməkhaqqı
- Görülən işlərə uyğun faizlə ödəniş
- Ödəniş forması ustanın istəyinə və qarşılıqlı razılaşmaya görə müəyyən olunur
Digər şərtlər görüş zamanı müzakirə ediləcək.
Biz peşəkarlığa yanaşı, dürüstlük, məsuliyyət və qarşılıqlı hörməti yüksək qiymətləndiririk.
REKLAMA



