Prayk
Avtomatika üzrə mühəndis — Sənaye, istehsal
Kelishiladi

Avtomatika üzrə mühəndis

Tahlil qilinganBugun
Sana
Koʻrishlar
3
Raqam
№4456228

Tavsif

Şirkətimiz avtomatika və yanğın siqnalizasiya sistemləri sahəsində çalışacaq, müvafiq bilik və praktiki təcrübəyə malik mühəndisləri komandamıza dəvət edir - Avtomatika üzrə mühəndis Namizədə olan tələblər Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində minimum 3 il iş təcrübəsi; SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi; PLC proqramlaşdırılması üzrə güclü nəzəri və praktiki biliklər; Elektrik və avtomatika çertyojlarını — prinsipial, qoşulma və montaj sxemlərini, eləcə də spesifikasiyaları oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN); Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması üzrə biliklər; Sınaqların aparılması və istismara vermə (commissioning) prosesində praktiki təcrübə; Texniki tapşırıq, funksional təsvir və istismar təlimatı daxil olmaqla texniki sənədləri hazırlamaq bacarığı; Sifarişçi və podratçı tərəflərlə texniki məsələlər üzrə effektiv əməkdaşlıq və koordinasiya bacarığı. Vəzifə öhdəlikləri Avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyinin həyata keçirilməsi; Qurğuların və avadanlıqların diaqnostikasının aparılması, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; Texniki sənədlərin hazırlanması, yenilənməsi və idarə olunması; Layihələr çərçivəsində texniki məsələlərin əlaqələndirilməsi və müştəri ilə əməkdaşlığın təmin edilməsi; Sistemlərin sınaqdan keçirilməsi, sazlanması və istismara verilməsi prosesində iştirak. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 12.11.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Confirex jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA