
Bakı3
Avtomobil mexaniki
Avtomobil mexaniki
Kelishiladi
Tekshirilgan2 kun oldin
ShaharBakı
Sana
Koʻrishlar3
Raqam№4217578
Tavsif
Vəzifə öhdəlikləri:
Avtomobillərin mexaniki sistemlərinin diaqnostikası və təmiri;
Asqı, sükan, əyləc və digər mexaniki sistemlərə texniki xidmət göstərilməsi;
Amortizator, şaravoy, sükan ucluqları, səssizbloklar və digər mexaniki komponentlərin yoxlanılması və dəyişdirilməsi;
Planlı texniki xidmət və təmir işlərinin həyata keçirilməsi;
Mexaniki nasazlıqların səbəbinin müəyyən edilməsi və aradan qaldırılması;
Texniki mayelərin və mexaniki komponentlərin vəziyyətinin yoxlanılması;
Təmir işlərinin istehsalçı standartlarına uyğun həyata keçirilməsi;
Görülmüş işlərin keyfiyyətinin yoxlanılması.
Namizədə tələblər:
Avtomobil mexanikası üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
Avtomobilin mexaniki sistemləri üzrə geniş praktiki bilik;
Asqı, sükan və əyləc sistemləri üzrə peşəkar bacarıq;
Müasir avtomobillərin konstruksiyası barədə bilik;
Texniki diaqnostika avadanlıqlarından istifadə bacarığı;
Elektrik və Plug-in Hibrid avtomobillərinin mexaniki xüsusiyyətləri barədə bilik;
Servis alətləri və avadanlıqlarından düzgün istifadə bacarığı;
Məsuliyyətli, dəqiq və intizamlı olmaq;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi.
İş şəraiti:
İş yeri “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
İş rejimi: 6 günlük iş qrafiki
İstirahət günü: Bazar günü
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil mexaniki” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197557/avtomobil-mexaniki
Oʻxshash eʼlonlar









Kelishiladi
Məlumat Təhlükəsizliyinin idarə edilməsi və uyğunluğu istiqaməti üzrə mütəxəssis
Bakı08.10.2026





