
Bakı3
Avtomobil polirovka ustası
Avtomobil polirovka ustası
Kelishiladi
Tekshirilgan2 kun oldin
ShaharBakı
Sana
Koʻrishlar3
Raqam№4217572
Tavsif
Vəzifə öhdəlikləri:
Avtomobillərin kuzov və boya örtüyünün peşəkar polirovkasının həyata keçirilməsi;
Səthi cızıqların, oksidləşmənin, matlaşmanın və digər boya qüsurlarının aradan qaldırılması;
Müxtəlif polirovka pastaları, materialları və avadanlıqları ilə işləmək;
Kuzov səthinin vəziyyətinin qiymətləndirilməsi və uyğun polirovka üsulunun seçilməsi;
Polirovka prosesindən əvvəl və sonra avtomobilin səthinin düzgün hazırlanması;
Avtomobilin digər hissələrinin qorunmasının təmin edilməsi;
Görülən işlərin yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilməsi.
Namizədə tələblər:
Avtomobil polirovkası sahəsində minimum 3 il rəsmi iş təcrübəsi;
Peşəkar polirovka avadanlıqlarından istifadə bacarığı;
Müxtəlif boya və lak örtükləri ilə işləmə təcrübəsi;
Müxtəlif növ polirovka pastaları və materialları barədə bilik;
Kuzov səthindəki qüsurları düzgün qiymətləndirmək bacarığı;
Detallara yüksək diqqət;
Səliqəli və keyfiyyətli işləmək;
Məsuliyyətli və intizamlı olmaq.
İş şəraiti
İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
İş rejimi: 6 günlük iş qrafiki
İstirahət günü: Bazar günü
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil polirovka ustası” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197563/avtomobil-polirovka-ustasi
Oʻxshash eʼlonlar









Kelishiladi
Məlumat Təhlükəsizliyinin idarə edilməsi və uyğunluğu istiqaməti üzrə mütəxəssis
Bakı08.10.2026





