Prayk

B2B Satış üzrə mütəxəssis

450 ₼
Tekshirilgan3 hafta oldin
ShaharBakı
KategoriyaSavdo

№5669730·Koʻrishlar: 3

Tavsif

Rezneed satış komandasını genişləndirir Rezneed Azərbaycanda yaradılmış onlayn rezervasiya və biznes idarəetmə proqramıdır. Gözəllik salonları, bərbərxanalar, estetik və stomatoloji klinikalar, SPA və studiyalar rezervasiya, müştəri bazası, WhatsApp xatırlatmaları, kassa, anbar və hesabatları bir proqramda aparır. Bu gün 790-dan çox filial Rezneed-dən istifadə edir, sistemdə 240 000-dən çox rezervasiya idarə olunub. Bütün bunları 10 nəfərlik peşəkar komanda qurur və idarə edir. Biz biznes sahibləri ilə danışmağı sevən, öyrənməyə hazır satış mütəxəssisi axtarırıq. Təcrübəniz azdırsa narahat olmayın: işin bütün incəliklərini peşəkar satış mütəxəssisi sizə yüksək səviyyədə öyrədəcək. Vəzifələr: Salon, klinika və studiyalara mütəmadi olaraq yerində görüşə getmək, Rezneed-i canlı təqdim etmək Biznes sahibləri ilə telefon və WhatsApp vasitəsilə əlaqə qurmaq Saytdan və sosial şəbəkələrdən gələn müraciətləri cavablandırmaq Rusdilli və xarici müştərilərlə əlaqə saxlamaq 45 günlük pulsuz sınaq müddətində müştəriləri izləmək və ödənişli plana keçidə kömək etmək Müştəri bazasını və satış mərhələlərini CRM-də səliqəli aparmaq Müştərilərdən gələn rəy və təklifləri məhsul komandasına çatdırmaq Tələblər: Ərazidə işləməyə hazır olmaq: şəhər üzrə müştərilərlə daimi görüşlərə gedə bilmək Rus dilini yaxşı bilmək (xarici müştərilərlə əlaqə üçün vacibdir) Azərbaycan dilində sərbəst və səliqəli ünsiyyət İnsanlarla danışmaqdan çəkinməmək, “yox” cavabından ruhdan düşməmək Kompüter və smartfondan rahat istifadə Məsuliyyət, dəqiqlik və nəticəyə yönəlmək Satış təcrübəsi üstünlükdür, amma şərt deyil Təklif edirik: Aylıq maaş 450–700 AZN Performansa görə əmək haqqının sürətli artımı Bütün yol və yemək xərcləri şirkət tərəfindən ödənilir Peşəkar satış mütəxəssisi tərəfindən yüksək səviyyəli təlimlər 10 nəfərlik peşəkar və dəstəkləyən komanda Sürətlə böyüyən yerli texnologiya şirkətində karyera qurmaq imkanı

Eʼlon manbai

Asl eʼlonni ochish

© Rezneed MMC busy.az · Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA