
Bakı13
Baş Anbardar
Baş Anbardar
2 000 ₼
Tekshirilgan3 kun oldin
ShaharBakı
Sana
Koʻrishlar13
Raqam№4117017
Tavsif
Vəzifə təlimatı:
Anbarın gündəlik fəaliyyətinin təşkilinə və idarə olunmasına nəzarət etmək;
Anbara daxil olan və çıxan malların qəbul və təhvil proseslərini koordinasiya etmək;
Gələn malların sənədlərlə uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
Malların anbar daxilində düzgün yerləşdirilməsini, saxlanmasını və təhlükəsizliyini təmin etmək;
ERP sistemi üzərindən anbar uçotunun aparılmasına nəzarət etmək;
ERP proqramında mədaxil və məxaric əməliyyatlarının düzgün və vaxtında qeyd olunmasını təmin etmək;
Anbar qalıqlarına gündəlik nəzarət etmək və müvafiq hesabatları hazırlamaq;
Gündəlik, həftəlik və aylıq anbar hesabatlarının hazırlanmasını təşkil etmək;
İnventarizasiya prosesini təşkil etmək və nəticələrə nəzarət etmək;
Anbarda çalışan əməkdaşların iş bölgüsünü aparmaq və fəaliyyətlərinə nəzarət etmək;
Anbar əməkdaşlarının iş intizamına və müəyyən edilmiş prosedurlara riayət etməsini təmin etmək;
Anbarın nizam-intizamını, təhlükəsizliyini və maddi-texniki resursların qorunmasını təmin etmək;
Anbar üzrə mövcud problemləri operativ şəkildə müəyyən etmək və rəhbərliyə məlumat vermək.
Namizədə dair tələblər:
Yaş həddi: 25-45;
Bəy namizəd tələb olunur;
Restoran və qida sahəsində anbar üzrə minimum 3 il iş təcrübəsi;
Baş anbardar və ya anbar üzrə rəhbər vəzifəsində iş təcrübəsi arzuolunandır;
ERP proqramı ilə işləmək bacarığı (1C və ya digər sistemlər);
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Anbar uçotu, sənədləşmə və inventarizasiya qaydalarını bilmək;
Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı;
Məsuliyyətli, diqqətli, dəqiq və operativ olmaq;
Analitik düşünmə və problem həll etmə bacarığı.
Təminatlar:
İş qrafiki: 6 günlük;
İş yeri: Bakı şəhəri, Babək prospekti, City Park Mall-la üzbəüz;
Nahar şirkət tərəfindən verilir;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə;
Əmək haqqı: 2000 AZN
Uyğun namizədlər öz CV-lərini “Baş anbardar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197179/bas-anbardar
Oʻxshash eʼlonlar






1 500 ₼
Sürücü-kuryer tələb olunur, Şəxsi nəqliyyat vasitəsi ilə, Gündəlik ödəniş, Təcrübəsiz
SumqayıtKecha 15:47





2 100 ₼
Sürücü-kuryer tələb olunur, Şəxsi nəqliyyat vasitəsi ilə, Həftəlik ödəniş, Təcrübəsiz
BakıKecha 02:59



