Gəminin gövdə, güc qurğuları, mexanizm və texniki avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək;Texniki xidmət və təmir işlərini planlaşdırmaq, icrasına və keyfiyyətinə nəzarət etmək;Texniki heyətin fəaliyyətini və iş bölgüsünü təşkil etmək;Gəmi və avadanlıqların texniki yoxlanışını və Təsnifat Cəmiyyətinin tələblərinə uyğunluğunu təmin etmək;Ehtiyat hissələri, yanacaq, sürtkü materialları və digər texniki resursların təminatına və istifadəsinə nəzarət etmək;Texniki nasazlıqlar və risklər barədə kapitanı məlumatlandırmaq, qabaqlayıcı tədbirlər görmək;Texniki istismar və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmə.
Tələblər:
Təhsil səviyyəsi: Ali təhsil
Təcrübə: Müvafiq istiqamət üzrə 5 il
Tələb olunan sertifikatlar:Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olmayan gəmilərdə baş mexanik sertifikatı (diplomu);Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;Gəmidə ilk tibbi yardım;Yanğınla mübarizə geniş proqram üzrə;Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı;Liderlik və birgə iş fəaliyyəti;1000 volt və artıq olan gərginlik sistemlərinin təhlükəsiz istismarı və onlara texniki nəzarət;Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-bas-mexanik-baki-limani-42334402/apply
REKLAMA
Biz cookie-fayllardan foydalanamiz Analitika faqat sizning roziligingiz bilan; zarur cookie-fayllar doim yoqilgan.Maxfiylik siyosati