Prayk
Baş mexanika mühəndisi — İnşaatçılıq və təmir, Bakı
Kelishiladi

Baş mexanika mühəndisi

TekshirilganBugun
Shahar
Bakı
Sana
Koʻrishlar
6
Raqam
№6028598

Tavsif

·      Mexanika layihələrini nəzərdən keçirmək, texniki analiz aparmaq və zəruri düzəlişləri müəyyən etmək;·      Layihələrin təsdiq olunmuş texniki tələblərə, yerli və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;·      Mexaniki sistemlər üzrə layihə həllərini, işçi çertyojları, texniki spesifikasiyaları və hesabatları yoxlamaq;·      HVAC, istilik, soyutma, havalandırma, tüstüsovurma, VRF, Chiller, AHU, FCU, qazanxana və digər mexaniki sistemlər üzrə layihələrin texniki baxışını həyata keçirmək;·      Su təchizatı, kanalizasiya və yağış suyu sistemləri üzrə layihələrin koordinasiyasında iştirak etmək;·      Podratçı və subpodratçıların mexanika üzrə fəaliyyətinə nəzarət etmək və texniki istiqamətləndirmə vermək;·      Podratçıların təqdim etdiyi Shop Drawing, Material Submittal, Method Statement, RFI və digər texniki sənədləri nəzərdən keçirmək;·      Mexaniki avadanlıqların texniki göstəricilərini və layihəyə uyğunluğunu yoxlamaq;·      Sahə yoxlamalarında iştirak etmək və quraşdırılan sistemlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;·      Layihə və sahə arasında yaranan texniki məsələləri müəyyən etmək və onların vaxtında həll olunmasını təmin etmək;·      Layihə dəyişikliklərini, texniki riskləri və mümkün gecikmələri müəyyən edərək rəhbərliyə məlumat vermək;·      Podratçı, subpodratçı, konsultant, layihəçi və digər mühəndislik komandaları ilə gündəlik texniki koordinasiyanı təmin etmək;·      Texniki iclaslarda iştirak etmək, zəruri hallarda iclaslara rəhbərlik etmək və qəbul olunmuş qərarların icrasını izləmək;·      Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;·      Layihənin texniki tapşırığının və əsas iş həcminin hazırlanmasında iştirak etmə;·      Müxtəlif mühəndislik fənləri arasında koordinasiyanın təmin olunmasına dəstək olmaq;·      Mexaniki sistemlərin testing, commissioning, testing & balancing və handover mərhələlərində texniki koordinasiyada iştirak etmək;·      Layihə məqsədlərinə çatmaq üçün podratçı şirkətlərlə effektiv əməkdaşlıq etmək;·      Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmə. Tələblər: ·      Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;·      Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi;·      Böyükmiqyaslı yaşayış, kommersiya, ictimai, sənaye və ya infrastruktur layihələrində təcrübə;·      HVAC, VRF, Chiller, AHU, FCU, qazanxana, tüstüsovurma, su təchizatı və kanalizasiya sistemləri üzrə praktiki bilik;·      Texniki çertyoj, spesifikasiya və sənədlərlə işləmək bacarığı;·      AZDTN, СНиП, SP, ASHRAE, NFPA, SMACNA, CIBSE, BS, EN və IPC standartları üzrə bilik;·      Podratçı texniki fəaliyyətinə nəzarət və koordinasiya bacarığı;·      Güclü analitik düşüncə, problem həll etmə, liderlik və komanda idarəetmə bacarıqları;·      AutoCAD və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;·      Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə. Vakansiya növü: Tam ştat Şirkət: PMD Group MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/pmdgroup/pmdgroup-bas-mexanika-muhendisi-4062387/apply
REKLAMA