Prayk
Baş mühasib — Maliyyə
Kelishiladi

Baş mühasib

TekshirilganKecha
Kategoriya
Moliya
Sana
Koʻrishlar
8
Raqam
№5934374

Tavsif

Tələblər: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (HoReCa, ictimai iaşə və ya istehsalat sahəsində təcrübə mütləq üstünlükdür); AR Vergi və Əmək Məcəllələrini, eləcə də mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək; PMS (Peşəkar Mühasib Sertifikatı) və ya ACCA (F3/FA) sertifikatlarının olması üstünlükdür; 1C 8.3 və MS Excel proqramlarında sərbəst işləmə bacarığı (iiko proqramı ilə tanışlıq arzuolunandır); Azərbaycan dilini mükəmməl bilmək (rus və ya ingilis dili biliyi üstünlükdür); Analitik düşüncə, yüksək məsuliyyət və komanda idarəetmə bacarığı. Vəzifə öhdəlikləri: Müəssisənin qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək. Vergi, DSMF, Statistika və digər hesabatlarının (aylıq, rüblük, illik) dəqiq hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim olunması; Online kargüzarlığın gündəlik izlənilməsi, dövlət orqanları ilə yazışmaların aparılması və sorğuların operativ cavablandırılması; İstehsalat, anbar və filiallar üzrə xammal, mal-material qiymətlilərinin hərəkətinə, maya dəyərinin formalaşmasına və aylıq inventarizasiya (sayım) nəticələrinin uçotda əks etdirilməsinə nəzarət; Restoran idarəetmə proqramı (iiko) ilə 1C 8.3 mühasibatlıq bazası arasında məlumatların düzgün inteqrasiyasına və uzlaşdırılmasına nəzarət; Gündəlik bank və kassa əməliyyatlarının, təhtəlhesab şəxslərlə hesablaşmaların və təchizatçı firmalara ödənişlərin qrafikə uyğun icrası; Elektron qaimə-fakturaların (e-qaimə) tərtib edilməsi, daxil olan qaimələrin yoxlanılması və təsdiqlənməsi; Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və daxili bonus/mükafat sistemlərinə uyğun ödənişlərin hesablanmasına nəzarət; Ay sonu maliyyə hesabatlarının (Mənfəət və Zərər, Balans, Pul Vəsaitlərinin Hərəkəti) hazırlanması və rəhbərliyə təqdim edilməsində iştirak etmək. Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək; Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını; Rəsmi hesabatların  (Mərkəzi Bank, Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması; Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi; Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların  operativ cavablandırılması; Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi; Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini; Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək; Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək. İş Şərtləri Ə/H namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir. 5 günlük iş həftəsi. Korporativ nömrə və danışıq paketi şirkət tərəfindən təmin edilir İş yeri şəhərin mərkəzində (Altes Plaza) yerləşir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə. Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Baş mühasib” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 13.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/pja-mmc-bas-muhasib-156103
REKLAMA