
4
Baş qrafik və animasiya dizayneri/video redaktor
Baş qrafik və animasiya dizayneri/video redaktor
Kelishiladi
Tekshirilgan3 kun oldin
Sana
Koʻrishlar4
Raqam№4100019
Tavsif
Ünvan: Bakı şəhər, Səməd Vurğun küçəsi 151
İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Tələblər:
Qrafik dizayn və video montaj sahəsində minimum 3 il iş təcrübəsi;
İngilis dili bacarığı üstünlükdür
Adobe Photoshop, Illustrator, Premiere Pro (və ya DaVinci Resolve) və After Effects proqramlarında sərbəst işləmək bacarığı;
Rəqəmsal və çap materiallarının hazırlanması, çapöncəsi texniki tələblər üzrə biliklər;
Sosial media platformalarının vizual formatlarına və texniki tələblərinə bələd olma;
Paralel layihələri idarə etmək və son tarixlərə riayət etmək bacarığı;
Komanda ilə effektiv əməkdaşlıq etmək və rəylər əsasında işi təkmilləşdirmək bacarığı;
Süni intellekt əsaslı dizayn və video alətlərindən istifadə bacarığı
Öhdəliklər:
Rəqəmsal və çap kanalları üçün marketinq və reklam materiallarının dizayn edilməsi;
Marketinq kampaniyalarının məqsədlərinə və hədəf auditoriyasına uyğun vizual konsepsiyaların hazırlanması;
Sosial media, veb-sayt, tədbir və digər kommunikasiya kanalları üçün kreativ vizual məzmunun yaradılması;
Video materialların montajı və redaktəsi, rəng və səs korreksiyasının aparılması;
Layihələrin tələblərinə uyğun animasiya, hərəkətli qrafika və vizual effektlərin hazırlanması;
Bütün vizual materiallarda brend standartlarının və vahid vizual üslubun qorunması;
Dizayn və video materialların müvafiq platformalara, texniki tələblərə və yayım formatlarına uyğunlaşdırılması;
Marketinq komandası ilə əməkdaşlıq edərək layihələrin briefə, keyfiyyət tələblərinə və müəyyən edilmiş müddətlərə uyğun tamamlanması.
Biz təklif edirik:
Rəqabətədavamlı əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Baş qrafik və animasiya dizayneri/video redaktor” vəzifəsini qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 07.11.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© Heydər Əliyev adına Müasir Təhsil Kompleksi jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
Oʻxshash eʼlonlar














